BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Azera Holdinq əməkdaşlığa başlayır

            BDU və Azera Holdinq əməkdaşlığa başlayır

            İNNOVASİYA 26 Fevral 2026 15:15

            BDU və Azera Holdinq əməkdaşlığa başlayır

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Azera Holdinqin direktoru Akif Əliyev əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

            Ölkənin aparıcı özəl sektor təmsilçiləri ilə əməkdaşlığın genişləndirilməsini hər zaman yüksək qiymətləndirən rektor Elçin Babayev bu əlaqələrin tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, tələbə və məzunların məşqulluğunun təmin olunmasına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkənin özəl sektorunda 20 ilə yaxın təcrübəyə malik Azera Holdinq ilə əməkdaşlığın ilkin fazasında əsasən kadr hazırlığı və tələbələrin təcrübə proqramlarına cəlb olunacaqlarını söyləyən Elçin Babayev gələcəkdə birgə tədqiqat işlərinin aparılması, elmi, elmi-kütləvi, sosial tədbirlərin keçirilməsi üçün də Universitetdə münbit şəraitin olduğunu diqqətə çatdırıb.

            Səmimi qəbul üçün təşəkkürünü bildirən Azera Holdinqin direktoru Akif Əliyev rəhbərlik etdiyi qurumun çoxşaxəli fəaliyyəti, layihələr, korporativ sosial məsuliyyət proqramları çərçivəsində tələbələrə yönəlik tədbirlər barədə geniş məlumat verib. Ölkə üçün yüksək ixtisaslı kadr hazırlığında BDU-nun rolunun əvəzsiz olduğunu, son illər Universitetdə müasir texnologiyaların geniş tətbiqini yüksək qiymətləndirdiyini bildirib. O, imzalanan memorandumun hər iki qurum üçün faydalı olacağına, tələbələrin təcrübə qazanmasına və karyera imkanlarının artırılmasına təkan verəcəyinə əmin olduğunu qeyd edib.

            Daha sonra imzalanma mərasimi təşkil olunub. Memorandum bəndlərində tərəflərin müxtəlif istiqamətlər üzrə ortaq tədqiqatlar aparması, BDU tələbələrinin Holdinqdə təcrübə proqramlarına cəlb olunması, tələbə və gənc tədqiqatçılar üçün mentorluq, seminar və təlim proqramlarının təşkili, startap və innovativ layihələrin dəstəklənməsi kimi məsələlər öz əksini tapıb.

            BDU və Azera Holdinq əməkdaşlığa başlayır
            BDU və Azera Holdinq əməkdaşlığa başlayır
            BDU və Azera Holdinq əməkdaşlığa başlayır
            BDU və Azera Holdinq əməkdaşlığa başlayır
            İNNOVASİYA

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025