BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və ARTİ "SABAH magistratura" proqramını birgə təşkil edir

            BDU və ARTİ "SABAH magistratura" proqramını birgə təşkil edir

            4 Oktyabr 2021 10:08

            BDU və ARTİ "SABAH magistratura" proqramını birgə təşkil edir

            Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesinin təşkili ilə bağlı görüş keçirilib. Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyev, ARTİ-nin əməkdaşları və “SABAH magistratura” proqramı üzrə qəbul olunan magistrantlar iştirak ediblər.

            Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyev çıxış edərək BDU-da “Kompüter elmləri və texnologiyaları” ixtisası üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən danışıb, “SABAH magistratura” proqramı üzrə qəbul olunan magistrantlara uğurlar arzulayıb.

            BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov “SABAH magistratura” proqramının əhəmiyyətini vurğulayaraq, fundamental elmlərin tədrisinin təkmilləşdirilməsinin, bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsinin vacibliyindən bəhs edib.

            Daha sonra “SABAH magistratura” proqramının layihə koordinatoru ARTİ-nin əməkdaşı Səbinə Babayeva layihə haqqında geniş məlumat verib. Bildiriib ki, ARTİ ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH magistratura” layihəsi çərçivəsində BDU-da “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilindən başlayaraq bir sıra fəaliyyətlər təşkil edilib. Bu fəaliyyətlər çərçivəsində məzmun hazırlığı, professor və müəllim heyətinin seçilməsi və təlimatlandırılması, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültətiv məşğələlərin təşkili və maddi-texniki təchizatın təmin olunması nəzərdə tutulub.

            Məzmun hazırlığı üzrə proqram konsepsiyası, təhsil proqramı, tədris planı, nümunəvi sillabus, tədris materialları və məqalələr toplusu şəklində dərs vəsaitləri hazırlanıb. İxtisaslaşma üçün maddi-texniki bazanın təmin edilməsi məqsədilə ARTİ tərəfindən kompüter laboratoriyasının yaradılması nəzərdə tutulub.

            Layihənin əsas hədəfi müasir əmək bazarının tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılması və onun dayanıqlığını stimullaşdırmaqdır.

            Qeyd edək ki, layihəyə müvafiq sahə üzrə xaricdə təhsil almış azərbaycanlı gənc mütəxəssislər də cəlb olunub. “SABAH magistratura” proqramının BDU üzrə koordinatoru Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Ələkbər Əliyevdir.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025