BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyi ilə birgə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirib

            BDU Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyi ilə birgə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirib

            SOSİAL 7 Noyabr 2025 11:27

            BDU Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyi ilə birgə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirib

            Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyinin birgə təşkilatçılığı ilə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirilib.

            Respublika Dövlət Elmi Tibb Kitabxanasında təşkil olunan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca şəhid həkimlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

            Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva çıxışında qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixində parlaq səhifə kimi həkk olunub: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 il erməni işğalı altında qalmış torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu, tarixi ədalət zəfər çaldı”.

            BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı Knyaz Aslan, Azərbaycan Təbabət Muzeyinin direktoru Sevinc Maniyeva, Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktor müavini, Vətən müharibəsi iştirakçısı, zabit Rəsul Rəsulovun həyat yoldaşı Könül Rəsulova, kitabxananın əməkdaşları Ülkər Adilova və İradə Əliyeva çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi igidlikdən, həkimlərin döyüş bölgələrində fədakarlığından bəhs olunub.

            Vurğulanıb ki, tarixi Zəfərimizin beşinci ildönümünün Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində qeyd olunması qələbəmizin miqyasını və əhəmiyyətini bir daha göstərir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaratmaqla Azərbaycan xalqının milli birliyini və gücünü dünyaya nümayiş etdirib.

            BDU Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyi ilə birgə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirib
            BDU Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyi ilə birgə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirib
            BDU Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyi ilə birgə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirib
            BDU Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyi ilə birgə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirib
            SOSİAL

            Son XƏBƏRLƏR

            25.06.2026 | 00:00

            Müzəffər Komandan, qalib Ordu

            25.06.2026 | 16:31

            BDU-nun Hüquq fakültəsində yeni “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması açılır

            25.06.2026 | 14:52

            BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub

            25.06.2026 | 14:41

            BDU-nun 9 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu

            25.06.2026 | 14:37

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025