BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb

            BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb

            SOSİAL 16 Aprel 2026 13:56

            BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İşğaldan azad edilən ərazilərdə tarixi abidələrin vəziyyəti” adlı tədbir keçirilib.

            Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı zamanı xalqımıza məxsus yüzlərlə tarixi, mədəni və dini abidələrin, qəbiristanlıqların dağıdıldığını, mənimsənildiyini və vandalizmə məruz qaldığını bildirib. O qeyd edib ki, hazırda azad Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrüdür. İllərdir düşmənin dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. Quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçirilir: “Azad edilmiş ərazilərimizdəki tarixi-mədəni irsimizi bərpa etmək və həqiqətləri dünyaya tanıtmaq qarşımızda duran əsas öhdəliklərdəndir. Bu prosesə elm adamları, tələbələr  də öz töhfələrini verməlidirlər”.

            Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Seyran Quliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının Azərbaycanın zəngin memarlıq irsinin yerli və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın Şərq və Qərb memarlıq ənənələrinin qovşağında formalaşan unikal memarlıq məktəblərindən bəhs edib, orta əsrlərdən müasir dövrümüzədək onların inkişaf mərhələlərindən danışıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin inventarlaşdırılmasına 2020-ci ilin 3 noyabr tarixindən başlanılıb, 2023-cü ilin iyun ayından isə bu prosesin ikinci mərhələsi həyata keçirilir. Hazırda mədəni irs nümunələrinin qorunma mexanizmləri təkmilləşdirilir, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı inventarlaşdırma və mühafizə tədbirləri mərhələli şəkildə icra olunur. Ermənistanın uzunmüddətli işğalı dövründə Azərbaycan ərazilərində yerləşən mədəni irs nümunələrinə ciddi ziyan vurulduğunu, abidələrin dağıdıldığını, muzey  fondlarının qarət olunduğunu deyən Xidmətin əməkdaşı inventarlaşdırma işləri çərçivəsində 11 rayon üzrə tarixi abidələrin mövcud vəziyyətini əks etdirən fakt və vizual materialları tələbələrə təqdim edib, görülən işlərin miqyası və əhəmiyyətindən danışıb.

            Sonda azad edilmiş ərazilərdə tarixi abidələrin qeydiyyata alınması və düzgün qiymətləndirilməsi prosesi ilə bağlı tələbələrin sualları cavablandırılıb.

            BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb
            BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb
            BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb
            BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb
            SOSİAL

            Son XƏBƏRLƏR

            16.04.2026 | 17:38

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”nin ilk görüşü

            16.04.2026 | 16:57

            “Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

            16.04.2026 | 16:53

            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib

            16.04.2026 | 15:47

            BDU-da elmi seminar: “Fiziki vakuum haqqında”

            16.04.2026 | 13:39

            BDU-da “Molla Nəsrədiin” jurnalının 120 illik yubileyi qeyd olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025