BDU tələbələri ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri növbəti sosial layihə çərçivəsində ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər.
TGT-nin Jurnalistika fakültəsi üzrə sədri Namiq İslamzadə ahıllara qayğının dövlətin əsas prioritetlərindən biri olduğunu bildirib. Belə görüşlərin həm tələbələr, həm də yaşlı nəslin nümayəndələri üçün mənəvi dəyər daşıdığını diqqətə çatdırıb.
Daha sonra iştirakçılar birlikdə Azərbaycan kinosunun sevilən nümunələrindən olan “Bəyin oğurlanması” filmini izləyiblər.
Sonda çay süfrəsi təşkil olunub. Ahılların xatirələri dinlənilib, müəssisənin sakinlərinə hədiyyələr təqdim edilib.