BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun təşkilatçılığı ilə III Respublika Hüquq Olimpiadasına start verilib

            BDU-nun təşkilatçılığı ilə III Respublika Hüquq Olimpiadasına start verilib

            ELM 6 May 2026 17:27

            BDU-nun təşkilatçılığı ilə III Respublika Hüquq Olimpiadasına start verilib

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı və Baş Prokurorluğun dəstəyi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş III Respublika Hüquq Olimpiadasının açılış mərasimi keçirilib.

            Açılış mərasimində Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov üçüncü ildir keçirilən Respublika Hüquq Olimpiadasının təqdirəlayiq ənənə olduğunu qeyd edib. O bildirib ki, belə tədbirlər tələbələrin nəzəri və təcrübi biliklərinin artmasına imkan yaradır.

            BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev həm də hüquq islahatlarının banisidir: “Ümummilli Lider Heydər Əliyev hər zaman hüquq təhsilinə və hüquq elminin inkişafına xüsusi önəm verib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

            Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov diqqətə çatdırıb ki, ölkəmizdə hüquq təhsilinə xüsusi diqqət yetirilir. Olimpiadanın hüquq sahəsində təhsil alan tələbələrin inkişafına töhfə verəcəyinə inandığını ifadə edən Çingiz Əsgərov deyib ki, məhkəmə orqanları və vəkillik qurumları peşəkar hüquqşünasların bu sahədə çalışmasında maraqlıdır.

            Baş Prokurorluğun Elm Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə belə olimpiadaların keçirilməsi hüquq sahəsi üzrə praktiki təcrübənin əldə edilməsinə, yaxşı motivasiyanın, sağlam rəqabətin formalaşmasına təkan verir: “Hüquq klassik formasından kənara çıxıb. Belə olimpiadaların keçirilməsi hüquqşünas tələbələrin özlərini sınamalarına və yaxşı mütəxəssis kimi yetişmələrinə imkan formalaşdırır”.

            Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycanda müasir hüquq təhsili və hüquq sisteminin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hüquqşünas kadrların müasir tələblər çərçivəsində yetişməsinin önəminə toxunan deputat süni intellektin tətbiqinin hüquq sisteminə yeniliklər gətirdiyini vurğulayıb.

            İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi müavini Mirəli Kazımov bildirib ki, hüquqşünas ədalətin yanında olmağı bacarmalıdır. Rəis müavini deyib ki, bugünkü olimpiada gənclərin hüquqi məntiqini və analitik düşüncəsini nümayiş etdirən platformadır.

            Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru Əmir Əliyev olimpiadanın gənclərin nəzəri biliklərinin praktikada möhkəmlənməsi, liderliyin təsbiti, stres altında düzgün qərar qəbul etmək və vaxtın düzgün idarə edilməsi bacarıqlarının inkişafına xidmət edəcəyinə ümidvar olduğunu qeyd edib.

            Tədbirdə çıxış edən digər natiqlər də olimpiadanın əhəmiyyətindən danışıblar.

            Daha sonra tədbirin təşkilində iştirak edən dövlət qurumlarının rəhbər və nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

            Qeyd edək ki, III Respublika Hüquq Olimpiadasının keçirilməsində əsas məqsəd hüquq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarını üzə çıxarmaq, onların hüquqi düşünmə və təhlil qabiliyyətlərini inkişaf etdirmək, eyni zamanda, hüquqşünas gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırmaqdır.

            Builki olimpiadada Qarabağ Universiteti də daxil olmaqla ölkənin 9 ali təhsil ocağının hüquq fakültələrindən seçilmiş tələbələrdən ibarət komandalar yarışacaq.

            ELM SOSİAL

            Son XƏBƏRLƏR

            06.05.2026 | 18:51

            BDU Avropa Universitetləri Sammitində Azərbaycanı öz stendi ilə təmsil edir

            06.05.2026 | 18:26

            “Əbədiliyə uzanan yol”

            06.05.2026 | 16:29

            BDU-da tədbir: “1923-dən sonsuzluğa”

            06.05.2026 | 16:12

            BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

            06.05.2026 | 14:56

            BDU-nun Biologiya fakültəsinin tələbələri Mərkəzi Nəbatat Bağında ekskursiyada

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025