BDU-nun Tarix fakültəsinin tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin I kurs tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Muzeyin mütəxəssisi Afət Seyidzadə tələbələrə muzeyin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği və öyrənilməsində mühüm rol oynayan muzey 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə fəaliyyətə başlayıb.
Ekspozisiyada BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və materiallar nümayiş olunur. Ulu Öndərin mənalı və zəngin ömrünü əks etdirən sənədlər və fotoşəkillər tələbələrdə böyük təəssürat yaradıb.
Qeyd edək ki, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə BDU-nun Tədbirlər Planı çərçivəsində muzey ən müasir standartlara uyğun şəkildə yenidən qurulub.