BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun rektoru “QS Higher Ed Summit: Europe 2026”da panel sessiyada çıxış edib

            BDU-nun rektoru “QS Higher Ed Summit: Europe 2026”da panel sessiyada çıxış edib

            BEYNƏLMİLƏLLƏŞMƏ 24 İyun 2026 16:43

            BDU-nun rektoru “QS Higher Ed Summit: Europe 2026”da panel sessiyada çıxış edib

            Macarıstanın paytaxtı Budapeştdə keçirilən “QS Higher Ed Summit: Europe 2026” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "New Horizons in Research Collaboration" ("Elmi əməkdaşlıqda yeni üfüqlər") adlı panel sessiyada məruzəçi qismində iştirak edib.

            Ali təhsil müəssisələrinin rəhbərlərini, tanınmış alimlərini və ekspertləri bir araya gətirən paneldə beynəlxalq elmi əməkdaşlığın gələcəyi, qlobal problemlərin həllində universitetlərin rolu, süni intellekt və rəqəmsal texnologiyaların elmi tədqiqatlara təsiri, eləcə də innovativ tərəfdaşlıq modelləri müzakirə olunub.

            Panel çıxışı zamanı rektor Elçin Babayev bildirib ki, müasir dövrdə elmi əməkdaşlıq artıq seçim deyil, zərurətdir. Onun sözlərinə görə, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və səhiyyə kimi qlobal çağırışlar yalnız beynəlxalq tərəfdaşlıq və bilik mübadiləsi vasitəsilə effektiv həll oluna bilər. Rektor vurğulayıb ki, beynəlxalq tədqiqat əməkdaşlığı qlobal elmin inkişafı ilə yanaşı, ölkələrin milli inkişaf prioritetlərinə, o cümlədən innovasiya, yaşıl enerji, süni intellekt və insan kapitalının inkişafına da xidmət etməlidir. O qeyd edib ki, Universitetin beynəlxalq layihələri ortaq tədqiqatların aparılması, məlumat mübadiləsi və birgə elmi nəticələrin əldə edilməsinə yönəlib.

            Süni intellekt və rəqəmsal texnologiyaların elmi əməkdaşlığa təsirindən danışan rektor Elçin Babayev bildirib ki, bu texnologiyalar tədqiqat prosesini daha çevik və səmərəli edir, böyük məlumatların emalı və qlobal əməkdaşlıq imkanlarını genişləndirir. Bununla yanaşı, o vurğulayıb ki, süni intellekt insanın elmi yaradıcılığını və tənqidi düşüncəsini əvəz edə bilməz. Rektor əlavə edib ki, əsas məsələ süni intellektdən məsuliyyətli istifadə, akademik dürüstlüyün və etik prinsiplərin qorunmasıdır və universitetlər bu istiqamətdə mühüm rol oynayır. Çıxışının sonunda o vurğulayıb ki, gələcəkdə uğur qazanan universitetlər süni intellekt və digər qabaqcıl texnologiyaları insan potensialı, güclü beynəlxalq tərəfdaşlıqlar və etibarlı elmi əməkdaşlıq mühiti ilə birləşdirə bilən ali təhsil müəssisələri olacaq.

            Harvard Universitetinin tibb üzrə dosenti Sat Bir Khalsanın moderatorluq etdiyi panel sessiyada ABŞ-nin Tennessee Universitetinin Qlobal tədqiqatlar, innovasiya və tərəfdaşlıqlar üzrə direktoru Rachel Rui və Cənubi Danimarka Universitetinin Biznes və sosial elmlər fakültəsinin departament rəhbəri və mərkəz direktoru Lone Grønbæk Jørgensen də məruzəçi qismində iştirak ediblər.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            24.06.2026 | 16:02

            BDU-da “Neft-qaz hövzələrinin geologiyası” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək

            24.06.2026 | 12:38

            BDU “QS Higher Ed Summit: Europe 2026” çərçivəsində Budapeştdə təşkil olunan Azərbaycan pavilyonunda təmsil olunur

            24.06.2026 | 12:12

            BDU qida kimyası üzrə mütəxəssis hazırlığına başlayır

            24.06.2026 | 11:36

            Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

            24.06.2026 | 10:03

            Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025