BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb

            BDU-nun nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb

            27 Yanvar 2022 14:04

            BDU-nun nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb

            Ölkənin aparıcı elm və təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin nəzdində müasir Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb. Öz istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları cəlb etmək, yeni nəsil alimlərin yetişməsinə töhfə vermək, təhsil və elm sahəsində transformativ təkmilləşdirmələr aparmaq, bir sözlə, təhsil, elm və sənayeni uzlaşdırmaq məqsədilə yaradılan mərkəzdə ümumilikdə 9 laboratoriyada 70-dən çox tədqiqatçı fəaliyyət göstərəcək.

            Mərkəzdə yaradılacaq yeni sənayeyönümlü laboratoriyalarda tədqiqatçılar - alimlər, tələbə, magistrant və doktorantlar, eləcə də sənayedə çalışan peşəkar mütəxəssislər sənaye və biznes sektorları üçün yeni həllər işləyib hazırlayacaq, bununla da elm və təhsil sektorunu sənaye və biznes dünyasına daha da yaxınlaşdıracaq.

            Mərkəzin əsas ilkin hədəf sənaye sektorları - neft və qaz sənayesi, mədənçilik, kənd təsərrüfatı və qida təhlükəsizliyidir. Tədqiqat istiqamətləri isə nano-texnologiyalar, molekulyar biologiya və virusologiya, biotexnologiya, sənaye kimyası, analitik kimya, ekologiya, Yer elmləri, astrokosmik və atmosfer elmləri, həmçinin rəqəmsal tədqiqatlardır. Qeyd olunan sahələrdə sənaye sifarişi ilə bir sıra layihələrin icrasına  artıq başlanılıb.

            Qeyd edək ki, hazırda ölkənin sənaye sektorunda fəaliyyət göstərən bir sıra müəssisələr laboratoriya ölçmələrini ölkə hüdudlarından kənarda aparmağa məcburdur. BDU-nun Mükəmməllik Mərkəzi kimi qurumların sayəsində artıq bunu Azərbaycanda da həyata keçirmək mümkün olacaq. Mərkəzin fəaliyyəti nəticəsində tədqiqatçılar müasir tipli, beynəlxalq standartlara cavab verən yeni mühitdə fəaliyyət göstərəcək, beynəlxalq təcrübədən yararlanacaq, yeni nəsil tədqiqatçılar üçün geniş imkanlar yaradılacaq.

            Azərbaycanda ilk dəfə yaradılan bu tipli Mərkəzin əsas xüsusiyyətlərindən biri də onun təkcə BDU tələbə və əməkdaşları üçün deyil, ölkənin bütün yüksəkixtisaslı tədqiqatçıları, istedadlı tələbələri üçün açıq olmasıdır.

            Mükəmməllik Mərkəzi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə əməkdaşlıq çərçivəsində innovativ həllər üçün qarşılıqlı maraq əsasında dövlət, özəl və sənaye sektoru arasında tərəfdaşlığın inkişaf etdirilməsinə dəstək verəcək. Bunun üçün tələbələr və gənc tədqiqatçılar arasında innovativ sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə BDU-da KOBİA-nın dəstəyi ilə İnkubasiya və Akselerasiya Kolabı da təşkil ediləcək.

            BDU-nun təsis etdiyi BUİLD Məhdud Məsuliyyətli Cəmiyyəti texnologiya transfer ofisi kimi fəaliyyət göstərməklə Mərkəzin infrastrukturundan gənclərin faydalanması, özəl sektorla universitet arasında əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, startaplar və biznes ideyaları üzrə “nəzəriyyədən biznesə” prinsipinin reallaşdırılması istiqamətində fəaliyyət göstərir.

            BDU-nun nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb
            BDU-nun nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025