BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün esse müsabiqəsi – “Mənim şəhərim”
-lg.jpg)
“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Mənim şəhərim” adlı esse müsabiqəsi elan edilir.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında şəhərsalma və urbanizasiya ilə bağlı məlumatlılığın artırılması, ölkəmizin zəngin mədəni irsinin, şəhərsalma ənənələrinin təbliğ olunmasıdır.
Esselər 2–3 səhifə həcmində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və 1,5 intervalla), Azərbaycan, rus və ya ingilis dillərindən birində olmalıdır.
Göndərilən esselər müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və hədiyyələrlə təltif ediləcək.
Esselərin qəbulu üçün son müraciət tarixi: 13 mart 2026-cı il
Esselər [email protected] elektron ünvanına göndərilməlidir.