BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun magistrantları qış imtahan sessiyası haqqında danışır

            BDU-nun magistrantları qış imtahan sessiyası haqqında danışır

            28 Yanvar 2022 14:07

            BDU-nun magistrantları qış imtahan sessiyası haqqında danışır

            Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası uğurla davam edir.

            İmtahan sessiyasının təşkili və idarə olunması barədə BDU-nun magistrantlarının fikrini öyrəndik:

             

             Fizika fakültəsinin I kurs magistrantı Yaqut Ağacanova: “Pandemiya dövründə davam edən distant təhsildən sonra tələbələr artıq ənənəvi təhsilə adaptasiya olmağa başlayıblar. İmtahanlar öncəsi qismən ənənəvi dərslərdə iştirak etmək tələbələrdə keçilən fənlər haqqında müəyyən təsəvvür yaradır, həmçinin müəllim və tələbər arasında ünsiyyət canlı formada həyata keçirilir. Canlı ünsiyyət öz növbəsində tələbələrin qavrama və öyrənmə bacarıqlarını daha da inkişaf etdirir. Yanvar ayında başlayan imtahanlar öz axarı ilə davam edir. Həm tələbələr, həm də müəllimlər üçün bu cür imtahan forması şəffaf hesab olunur. Bütün tələbələr biliklərini məhz ənənəvi imtahanlarda daha yaxşı şəkildə nümayiş etdirə bilirlər. Hal-hazırda davam edən imtahanları universitet rəhbərliyinin daim diqqətindədir. İmtahanlarda yüksək nəticə əldə etmək üçün tələbələr fənn materiallarını dərindən mənimsəməyə çalışırlar. Artıq 2 imtahanımdan yüksək nəticə əldə edərək, növbəti imtahanlara da eyni motivasiya və məqsədlə hazırlaşıram. Ümid edirəm ki, bu hal əksər tələbələr üçün keçərlidir. Müəllimlər həm distant, həm də ənənəvi təhsildə biz tələbələrə böyük həvəslə dərs keçdilər. Onların bizə olan inamlarını doğrultmaq bizim üçün önəmli öhdəlikdir.”

             

             

            Filologiya fakültəsinin I kurs magistrantı Bəsti Səttarova: “Sonuncu dəfə 2020-ci ilin yanvar ayının sonu ənənəvi imtahanda bu hissləri BDU-nun 3-cü kurs bakalavr tələbəsi kimi keçirmişdim. İndi isə Universitetin 1-ci kurs magistrantı olaraq yenidən həmin hissləri yaşayıram, imtahan sessiyasına uğurla davam edirəm. Bu çox gözəl haldır, çünki yeni yoldaşlarla doğma auditoriyalarda əvvəlki həyəcanları yaşayıram. Əvvəlcə düşünürdüm ki, 2 saat müddətində bildiklərimi imtahan vərəqlərində əks etdirmək mənim üçün çox çətin olacaq. Lakin bu zaman müddəti ilə bağlı hər şey nəzərə alınıb qərar verilmişdir, bu da ədalətlidir. Yazılarımızın obyektiv yoxlanılması və operativliyin təmin olunması tələbələr üçün əsl xoşbəxtlikdir. İmtahan sessiyasının iştirakçılarına uğurlar arzu edirəm”.

             

             

            Jurnalistika fakültəsinin I kurs magistrantı Nurlan Şirəliyev: “Bilirsiniz ki, imtahanlarımız yazılı və şifahi şəkildə keçirilir. Ənənəvi tədrisə keçid məni sevindirir. Həm də imtahanlara daha yaxşı hazırlaşmaq şansım oldu. İmtahanın gedişindən çox məmnunam. Dərslərin və imtahanların ənənəvi təşkil olunması professor-müəllim heyətinii də sevindirir. Dərslərə həftədə iki dəfə “Blackboard” elektron platforması üzərindən, bir dəfə isə ənənəvi şəkildə davam etdirdik. Bu metodla tələbələrə elmi-metodiki köməyin göstərilməsi, onların zəruri məlumatlarla təmin olunmasını daha da  əlverişli edirr.”

             

             

             

             

            Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs magistrantı Nuranə Pənahlı: “Fikrimcə, bu il tədrisin və imtahanların ənənəvi şəkildə olması biz tələbələr üçün çox müsbət bir haldır. Son 2 ildə tədrisin və imtahanların məsafədən təşkili professor-müəllim heyətinin səylərinə baxmayaraq riyazi ixtisaslar üzrə təhsil alan tələbələrdə çətinliklər yaratdı. Lakin bunların öhdəsindən texniki və kommunikativ  bacarıqlarımızı inkişaf etdirərək məharətlə gəldik. Artıq bu semestr imtahanlar ənənəvi formada keçirilir. İmtahan prossesinin şəffaflığı müəllim-koordinatorlar tərəfindən təmin olunur. Dəslərimizin hibrid formada təşkili bilik və bacarıqlarımızın inkişafına uzun sürən onlayın təhsildən sonra öz töhfəsini verir.”

             

             

             

             

            Hazırladı:

            Nərminə Əsədova

            Gülabə Məmmədzadə

             

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025