BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun kollektivi şəhid məzunlar Şəhriyar Həbibinin və Fikrət Zeynallının ailələrini ziyarət edib

            BDU-nun kollektivi şəhid məzunlar Şəhriyar Həbibinin və Fikrət Zeynallının ailələrini ziyarət edib

            10 Noyabr 2021 13:16

            BDU-nun kollektivi şəhid məzunlar Şəhriyar Həbibinin və Fikrət Zeynallının ailələrini ziyarət edib

            BDU-nun Fizika fakültəsinin bir qrup kollektivi Lənkəran rayonu Osaküçə kəndində fakültənin şəhid məzunu Şəhriyar Həbibinin, Tovuz rayonu Aşağı Öysüzlü kəndində isə şəhid məzun Fikrət Zeynallının ailəsini ziyarət ediblər. Ziyarətdə Fizika fakültəsinin dekan müavinləri Vüsal Məmmədov, Məhəmməd Məhərrəmov, Şəhla Hacıyeva, professor Yusif Nurullayev, dosentlər Tərlan Hüseynov, Zahir Səmədov, Rəhim Rəhimov, müəllimlər Vüsalə Dadaşova, Sevda Məmmədova, Şirxan Hümbətov, əməkdaşlar Aida Əhmədova, Nəzakət Kərimova, Orxan Güləhmədov, tələbələr Ramazan Hüşənov, Elvina Dadaşova, İlahə Zalovlu iştirak ediblər. Ziyarətdə çıxış edənlər şəhid məzunların Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmalarından qürur duyduqlarını, onların qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Onların  həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

            Sonra şəhidlərin ailə üzvləri və yaxınları ilə birgə məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

            Qeyd edək ki, Fizika fakültəsinin şəhid məzunu Şəhriyar Həbibi 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, noyabrın 6-da Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhriyar Həbibi ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.  Fakültənin digər şəhid məzunu Fikrət Zeynallı isə 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Vətən müharibəsi zamanı Şuşa və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib, noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb. Fikrət Zeynallı ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

            BDU-nun kollektivi şəhid məzunlar Şəhriyar Həbibinin və Fikrət Zeynallının ailələrini ziyarət edib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025