BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Jurnalistika fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Beynəlxalq elmi konfrans

            BDU-nun Jurnalistika fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Beynəlxalq elmi konfrans

            30 Mart 2022 09:37

            BDU-nun Jurnalistika fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Beynəlxalq elmi konfrans

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “31 Mart soyqırımı: tarix və gerçəklik” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Onlayn formada keçirilən konfransda BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələr, Azərbaycanla yanaşı, Türkiyə, İraq və Rusiyadan olan alimlər iştirak edib.

            Konfransın moderatoru Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev 1918-ci il Mart qırğınları barədə ətraflı məlumat verərək, soyqırım aktı haqqında həqiqətlərin, tarixi gerçəklərin, erməni millətçilərinin tarix boyu azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, qəsbkarlıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasının aktual və vacib məsələ olduğunu bildirib. Qeyd edib ki, bu beynəlxalq elmi konfransın əsas məqsədi  erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə həqiqətlərin beynəlxalq arenada daha geniş yayılmasıdır.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxışında  Mart soyqırımının Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olduğunu bildirərək, bu vandalizm aktlarında on minlərlə dinc sakinin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirildiyinə diqqət çəkib. Qeyd edib ki, soyqırımın  qəddar təşkilatçıları məsələnin mahiyyətinin açılmasının, ona  hüquqi-siyasi qiymət verilməsinin uzun illər qarşısını almağa çalışıb, özlərinin qəsbkar torpaq iddialarını davam etdiriblər. 1918-ci il mart qırğınlarına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra, Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb. Ölkə rəhbərliyinin gördüyü tədbirlər 1918-ci ilin mart qırğınları barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynayıb.

            1.  

            Dünya Jurnalistlər Dərnəyinin sədri Şəmsəddin Kuzəci çıxışında erməni terrorçularının beynəlxalq səviyyədə törətdiyi vəhşiliklərdən, xüsusilə Kərkük türklərinə qarşı yönəlmiş  Altınkörpü qətliamından geniş bəhs edib.

            BDU Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxışında azərbaycanlıların soyqırımı ilə bağlı ədəbi əsərlərin təbliğinin və tədrisə cəlb olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, işğaldan azad olunmuş bölgələrə səfər etdikcə soyqırımın təkcə insanlara deyil, Azərbaycanın tarixi abidələrinə, mədəniyyət nümunələrinə qarşı da törədildiyini açıq-aydın görmək olur.

            Atatürk Universitetinin professoru Esin Derinsu Dayı “İşğaldan qurtuluşa: Qars və çevrəsində erməni vəhşiliyi və türk soyqırımı” adlı məruzə ilə çıxış edib. Natiq 1914-1920-ci illər arasında işğal faktı, Qars və ətrafında baş verən erməni vəhşiliklərindən bəhs edib.

            Konfransda çıxış edən Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli çıxışında 31 Mart soyqırımı ilə bağlı müxtəlif dillərdə sənədli filmlərin çəkilməsi və beynəlxalq ictimaiyyətə çatdırılmasının önəmindən bəhs edib.

            Aydın Adnan Menderes Universiteti Jurnalistika fakültəsinin dekanı Turan Akkoyun “Azərbaycanda soyqırım gününün təbliğatı” adlı çıxışında ötən yüzillikdə yaşanan soyqırıma sosial elmlər aspektindən yanaşaraq, tarixi faktları akademik baxımdan dəyərləndirib.

            Konfransda həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı Elçin Əhmədov, Türkiyənin “Yazar” qəzetinin redaktoru Sərvət Avşar, BDU Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədlinin çıxışları dinlənilib.

            BDU-nun Jurnalistika fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Beynəlxalq elmi konfrans
            BDU-nun Jurnalistika fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Beynəlxalq elmi konfrans

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025