BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə “Açıq qapı” günü elan edir

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən mayın 16-da pulsuz hüquqi yardım üzrə “Açıq qapı” günü keçiriləcək.
Təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir. “Açıq qapı” günü müxtəlif sahələr üzrə hüquqi məsləhətləri əhatə edəcək. Müraciət edən şəxslərə BDU-nun Hüquq fakültəsinin vəkil-müəllimləri tərəfindən peşəkar hüquqi yardım göstəriləcək.
Qeyd edək ki, bu cür təşəbbüslərin gələcəkdə silsiləli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Vətəndaşlar hüquqi məsələlərlə bağlı müraciətlərini BDU-nun Hüquq Klinikasına ünvanlaya və ya “Açıq qapı” günü ərzində birbaşa iştirak edə bilərlər.
Tarix və saat: 16 may 2026-cı il, saat 10:00-15:00
Məkan: BDU-nun 2 saylı tədris binası (Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33)
Əlavə məlumat və qeydiyyat üçün: [email protected], +994(99)3099303