BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Hüquq fakültəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin iclası səhnələşdirilib

            BDU-nun Hüquq fakültəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin iclası səhnələşdirilib

            25 May 2023 13:48

            BDU-nun Hüquq fakültəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin iclası səhnələşdirilib

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Cinayət prosesi kafedrasının təşkilatçılığı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin iclası səhnələşdirilib.

            Fakültənin III kursunda Cinayət-prosessual hüquq fənnini tədris edən Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova və kafedranın dosenti Könül Hüseynova tərəfindən rol oyunları metodundan istifadə etməklə təşkil olunmuş səhnələşdirilmiş məhkəmə prosesində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışı canlandırılıb.

            Cinayət prosesinin əsas mərhələlərindən biri olan məhkəmə baxış iclasında rolları tələbələrdən Cavid Mirzəzadə (sədrlik edən – məruzəçi hakim), Nigar Nuriyeva və Nərminə Məmmədova (hakimlər), Samirə Kərimova (etiraz edilən məhkəmə iclas katibi), Ləman Alməmmədova (məhkəmə iclas katibi), Gülsüm Hacıyeva (dövlət ittihamçısı), Ənvər Balakişiyev (təqsirləndirilən şəxs), Aytəkin Qurbanlı (təqsirləndirilən şəxsin müdafiəçisi), Ceyran Məmmədova (zərərçəkmiş şəxsin hüquqi varisi), Nabat İsmayılova (zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi), Şaiq Abdullazadə (şahid), Eltac Allahyarlı (şahid),  Məhərrəm Cəfərli (şahid), Nihat Ələkbərli (şahid) və Jalə Bilallı (şahid) məharətlə oynayıblar.

            Məhkəmə baxışının gedişində özü-özünə etiraz, müşavirə otağında qərarın çıxarılması, xarici dövlətin vətəndaşının şahid qismində dindirilməsi, tərcüməçinin iştirakı və hökmün elan edilməsi tələbələr tərəfindən əyani şəkildə nümayiş etdirilib.

            Hüquq fakültəsinin dekanı Zaur Əliyev tələbələrin praktiki baxımdan inkişaf etməsində, prosessual normaların əyani şəkildə qavranılmasında, tədrisin keyfiyyətinin yüksəldilməsində müxtəlif simulyasiyaların xüsusi rola malik olduğunu vurğulayıb.

            Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova tələbələrin simulyasiyanın təşkilinə xüsusi marağını yüksək qiymətləndirib, səhnələşdirilmiş məhkəmə prosesinin həyata keçirilməsinə hazırlıqlardan danışmış, tələbələrə uğurlar arzulayıb.

            Tədbirin sonunda məhkəmə simulyasiyasında rolları canlandıran tələbələrə təşəkkürnamələr təqdim edilib.

            BDU-nun Hüquq fakültəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin iclası səhnələşdirilib
            BDU-nun Hüquq fakültəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin iclası səhnələşdirilib

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025