BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib

            BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib

            19 Aprel 2023 13:25

            BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi ilə Ədliyyə Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində birgə Fəaliyyət Planına uyğun olaraq Sumqayıt Məhkəmə Kompleksində “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans keçirilib.

            Tədbirdə Ədliyyə Nazirliyinin məsul işçiləri, Sumqayıt apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, məhkəmə aparatının əməkdaşları, BDU-nun Hüquq fakültəsinin və Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, tələbələri iştirak ediblər.

            Əvvəlcə Ümummilli Liderin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalarla tanış olub, Ümummilli Liderə həsr olunan filmə baxıblar.

            Sumqayıt Məhkəmə Kompleksində davam edən tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Ümummilli Liderin hər kəsə örnək olan tükənməz irsi daim öyrənilməli və ondan bəhrələnilməlidir. Bugünkü tədbirin məqsədi məhz Heydər Əliyevin dühası ilə bərqərar olmuş məhkəmə-hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar barədə tələbələri məlumatlandırmaqdır.

            Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev çıxışında Ulu Öndərin müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında rolunu qeyd edib, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan ardıcıl tədbirlər və yeniliklər barədə tələbələri məlumatlandırıb, Sumqayıt Məhkəmə Kompleksinin inşasının bu islahatların mühüm tərkib hissəsi olduğunu bildirib.

            BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığı, “Heydər Əliyev İli” çərçivəsində keçirilən birgə tədbirlərin tələbələr üçün faydasını qeyd edib, ölkəmizdə hüquq elminin və təhsilinin Ulu Öndərin rəhbərliyi dövründə yeni inkişaf dövrünə qədəm qoyduğunu, Ümummilli Liderin Hüquq fakültəsinə xüsusi qayğısını, milli, o cümlədən hüquqşünas kadrlarının yetişdirilməsində əvəzsiz rolunu vurğulayıb.

            Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri İlqar Dəmirov və Ruhiyyə Əsgərova Ümummilli Liderin müəllifi olduğu üçpilləli yeni məhkəmə sistemi barədə ətraflı məlumat veriblər.

            Tədbirdə sual-cavab sessiyası keçirilərək tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, maraqlı diskussiyalar aparılıb.

            Konfrans çərçivəsində gənclər Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən ictimai və inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün və digər otaqlarla, “Elektron məhkəmə” informasiya sistemi və tətbiq edilən rəqəmsal innovasiyalarla yaxından tanış olublar.

            BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib
            BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib
            BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib
            BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib
            BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib
            BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” adlı konfrans keçirib

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025