BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Hüquq fakültəsi Cinayət Məcəlləsinə ekosid və urbisidlə bağlı maddələrin salınmasını təklif edir

            BDU-nun Hüquq fakültəsi Cinayət Məcəlləsinə ekosid və urbisidlə bağlı maddələrin salınmasını təklif edir

            13 Yanvar 2023 10:35

            BDU-nun Hüquq fakültəsi Cinayət Məcəlləsinə ekosid və urbisidlə bağlı maddələrin salınmasını təklif edir

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi istər tədris prosesinin təşkilində, istərsə də elmi tədqiqatların həyata keçirilməsi sahəsində nəzəriyyə və təcrübəni əlaqələndirmək istiqamətində səmərəli fəaliyyət göstərir. Fakültədə təşkil  olunan elmi konfrans və seminarlarda, professor-müəllim heyətinin ekspert qismində fəaliyyətində, o cümlədən tədris prosesində hüquq elminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin irəli sürülməsi prioritet istiqamətlərdəndir. Bu məqsədlə Hüquq fakültəsinin Elmi Şurasının iclasında böyük aktuallıq kəsb edən və ictimai təhlükəliliyi ilə cəmiyyəti narahat edən ekosid və urbisid kimi əməllərin kriminallaşdırılmasının zəruriliyi  müzakirə edilib. Fakültə tərəfindən qüvvədə olan cinayət qanunvericiliyində sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərin sırasının genişləndirilməsi ilə bağlı təklif irəli sürülüb.
            Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gün ərzində parlaq qələbə qazanaraq 30 ilə yaxın davam edən işğala son qoyub. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı beynəlxalq cinayət kimi tanınan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16-cı (Sülh və insanlıq əleyhinə cinayətlər) və 17-ci (Müharibə cinayətləri) fəsillərinə daxil olan maddələrlə məsuliyyət yaradan bir sıra əməllər (təcavüzkar müharibə, soyqırım, insanlıq əleyhinə və müharibə cinayətləri)  törədilib. Lakin işğal dövründə Qarabağın və ətraf rayonların ekosisteminə genişmiqyaslı ciddi ziyanın vurulmasına, yerli əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə şəhərlərin, digər iri yaşayış məskənlərinin qəsdən tamamilə dağıdılıb məhv edilməsinə görə məsuliyyət müəyyən edən müstəqil normalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud deyil (ekosid və urbisid cinayətlərinin tərkibinə daxil olan bəzi hərəkətlər yalnız müharibə cinayətləri kimi 116-cı maddə üzrə məsuliyyət nəzərdə tutur).  
            Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 31 dekabr 2022-ci il tarixli müraciətində Azərbaycanın böyük ekoloji fəlakətlə, urbisidlə üzləşdiyi qeyd edilir.
            Qeyd edilənləri nəzərə alaraq, Hüquq fakültəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə ekosid və urbisid əməllərinin kriminallaşdırılması ilə əlaqədar müvafiq olaraq 104-1 və 104-2-ci maddələrin əlavə edilməsi haqqında təkliflər hazırlanıb və Azərbaycan Respublikasının Milli Məclisinə və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilib.
            Hüquq fakültəsi tərəfindən hazırlanmış təkliflər cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə və inkişafına xidmət edir.

            Son XƏBƏRLƏR

            16.12.2025 | 00:00

            Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

            16.12.2025 | 16:39

            ƏƏSMN BDU tələbələri üçün dövlət qulluğunun üstünlüklərinə dair infosessiya keçirib

            16.12.2025 | 16:07

            Çinin Sosial Elmlər Akademiyası nəzdində Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da

            16.12.2025 | 14:47

            BDU nümayəndə heyəti Anhui Universitetinin Stony Brook İnstitutunun təcrübəsi ilə tanış olub

            16.12.2025 | 14:45

            BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025