BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi

            SOSİAL 25 Avqust 2026 17:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi

            Bakı Dövlət Universiteti (BDU) və "Azerbaijan International Mining Company Limited" şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, "BDU könüllüləri" təşkilatı, "CM Tech" MMC, "CQA International Ltd" MMC, “AT-Geotec”h MMC, "A-A" MMC, "Atlas" MMC və "AzGeo" MMC-nin dəstəyi ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində "GeoCamp" Tələbə yay düşərgəsi öz işinə başlayıb.

            Düşərgə iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.

            BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov çıxışında uğurla həyata keçirilən dövlət neft siyasətinin ölkəmizin daxili inkişafını təmin etməklə yanaşı, qlobal müstəvidə də aparıcı güclərlə strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına möhkəm zəmin yaratdığını bildirib. O vurğulayıb ki, hazırda Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsi və “yaşıl iqtisadiyyat”a keçid üçün strateji mexanizmlərin işlənib hazırlanması məsələlərində fəal mövqe tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” və “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş əsas prioritetdəndir. Prorektor diqqətə çatdırıb ki, BDU ölkəmizdə geologiya elminin inkişafına, bu sahədə yüksəkixtisaslı kadrların yetişməsinə mühüm töhvə verir. "GeoCamp" Tələbə yay düşərgəsi gənclərin geologiya üzrə biliklərinin zənginləşməsində, onların bu sahədə müasir çağırışlarla tanış olmasında mühüm əhəmiyyət daşıyacaq.

            Düşərgənin açılış mərasimində BDU rektorunun katibliyinin referenti, “BDU könüllüləri” təşkilatının baş katibi, layihə rəhbəri, sessiyanın moderatoru Qasım Xəlilov layihənin ərsəyə gəlməsində və yüksək səviyyədə təşkilində əməyi olan, dəstəyini əsirgəməyən bütün tərəfdaş qurumlara minnətdarlığını bildirib. O vurğulayıb ki, BDU-nun ev sahibliyi etdiyi bu düşərgə gənclərin yalnız akademik və elmi dünyagörüşünün deyil, sosial vərdişlərinin formalaşmasında müstəsna rol oynayır və gələcək fəaliyyətlərinə mühüm istiqamət verir.

            Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, layihə çərçivəsində formalaşan yaradıcı və həvəsləndirici mühit gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında, potensialının üzə çıxarılmasında və gələcək inkişafında müstəsna rol oynayır.

            Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, layihə rəhbəri İlqar Quliyev çıxışında geologiya elminin daha dərindən və əyani şəkildə öyrənilməsi üçün bu sahəyə xüsusi maraq göstərən gənclərin layihədə fəal iştirakının vacib olduğunu vurğulayıb.

            "Azerbaijan International Mining Company Limited" şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri, layihə rəhbəri Samir Mürsəlov isə son illərdə bu sahədə qazanılan nailiyyətləri diqqətə çatdırıb. O qeyd edib ki, geologiya elminin inkişafı və müasir çağırışlara cavab verməsində gənclərin fəallığı, bu sahəyə marağı mühüm rol oynayır.

            Geologiya fakültəsinin dekanı Mamoy Mansurov qeyd edib ki, layihə yalnız tələbələrin asudə vaxtlarını və istirahətlərini səmərəli təşkil etməklə kifayətlənmir, həm də geologiya elminin incəliklərini gənclərə sevdirmək və onları elmi axtarışlara həvəsləndirmək məqsədi daşıyır.

            Coğrafiya İnstitutunun direktoru Zaur İmrani diqqətə çatdırıb ki, coğrafiya və geologiya elmləri tarixən bir-birindən ayrılmaz şəkildə, paralel inkişaf yolu keçib. O, müasir dövrdə elm və təhsilin inteqrasiyasına böyük ehtiyac olduğunu bildirərək, elmi tədqiqatların yalnız nəzəriyyədə qalmamalı olduğunu, əldə olunan nəticələrin birbaşa istehsalata və real sektora tətbiqinin vacibliyini qeyd edib.

            BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə isə düşərgənin əldə olunmuş nəzəri biliklərin yekunlaşdırılması və tələbələrin istehsalat təcrübələrinə inteqrasiya olunması baxımından müstəsna imkan olduğunu bildirib. O vurğulayıb ki, məhz bu səbəbdən müxtəlif universitetlərin tələbələrinin bir araya gəlməsi üçün hərtərəfli şərait yaradılıb.

             

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi
            SOSİAL

            Son XƏBƏRLƏR

            25.08.2026 | 14:35

            BDU-da qəbul planı ilkin olaraq 98,8 faiz dolub

            25.08.2026 | 13:46

            BDU-nun tələbəsi adını qazanan şəhid övladları

            25.08.2026 | 13:32

            BDU-ya qəbul olunanların nəzərinə!

            25.08.2026 | 12:44

            BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

            24.08.2026 | 15:28

            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025