BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Filologiya fakültəsində elmi seminar: “Özbəkistanda Novruz ənənələri”

            BDU-nun Filologiya fakültəsində elmi seminar: “Özbəkistanda Novruz ənənələri”

            17 Mart 2023 15:44

            BDU-nun Filologiya fakültəsində elmi seminar: “Özbəkistanda Novruz ənənələri”

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyəti nəzdində Türkoloji dərnəyin təşkilatçılığı ilə Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi və folkloru kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nurboy Cabbarovun “Özbəkistanda Novruz ənənələri” adlı virtual elmi seminarı keçirilib. “Zoom” platforması üzərindən təşkil olunan tədbirdə fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

            BDU-nun Türkologiya kafedrasının magistrantı, Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəli iki qardaş ölkənin ədəbi-mədəni əlaqələrinin tarixi barədə məlumat verib.

            Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli Azərbaycanda milli-mənəvi dəyərlərin, qədim adət-ənənələrin qorunub saxlanması istiqamətində görülən işlərdən bəhs edib. Novruzun türk xalqlarının ortaq bayramı olduğunu, hətta şumerlərlə bağlılığını vurğulayıb. O həmçinin bildirib ki, Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması siyahısına daxil edilib.

            Sonra söz məruzəçiyə verilib. Professor Nurboy Cabbarov  özbək xalqının tarixində Novruzun önəmindən bəhs edib. Bildirib ki, qədim köklərə malik bu bayramın ilk izlərinə Mahmud Kaşğarinin lüğətində rast gəlinir. Sonra məruzəçi özbək klassik ədəbiyyatının təmsilçiləri Rubğazi, Xarəzmi, türk dünyasının böyük mütəfəkkiri Nəvaidən konkret nümunələr gətirərək Novruz mərasimlərinin, yazın gəlişinin poeziyada necə əks olunması barədə danışıb. Xüsusilə Nəvai yaradıcılığında bu bayramın üç təzahür formasının (təbiət və insan ruhundakı uyğunluq, vüsal xəbərçisi, ədalət rəmzi) müəyyən edildiyini vurğulayıb. Professor hazırda özbək xalqı tərəfindən yaşadılan bayram ənənələrini slayd görüntüləri ilə təqdim edib və bütün türk xalqlarına bu yazın uğurlu gəlməsini diləyib.

            Sonda Nurboy Cabbarova Filologiya fakültəsinin dekanı Elçin Məmmədovun adından “Təşəkkürnamə” təqdim olunub.

            BDU-nun Filologiya fakültəsində elmi seminar: “Özbəkistanda Novruz ənənələri”

            Son XƏBƏRLƏR

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025