BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun ev sahibliyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer üzrə BMT/Azərbaycan işçi seminarı” keçiriləcək

            BDU-nun ev sahibliyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer üzrə BMT/Azərbaycan işçi seminarı” keçiriləcək

            27 Oktyabr 2022 10:25

            BDU-nun ev sahibliyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer üzrə BMT/Azərbaycan işçi seminarı” keçiriləcək

            31 oktyabr – 4 noyabr tarixlərində BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universiteti (BDU) tərəfindən “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer üzrə BMT/Azərbaycan işçi seminarı” (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) adlı beynəlxalq tədbir keçiriləcək (https://www.unoosa.org/oosa/en/ourwork/psa/schedule/2022/2022-iswi-workshop.html?testme).

            Bakı şəhərində keçiriləcək yüksək səviyyəli tədbirə Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) də dəstək verəcək. Son illər Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin inkişafına, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir və bu istiqamətdə kadr hazırlığı önəmli rol oynayır. Beynəlxalq Kosmik Hava Təşəbbüsü (The International Space Weather Initiative - ISWI) kosmik hava məlumatlarının əldə edilməsində zəruri sayılan cihazların quraşdırılmasına, həmin məlumatların təhlilinə və alınan nəticələrin digər rəqəmsal elmi məlumatlarla əlaqələndirilməklə analizinə xidmət edən beynəlxalq əməkdaşlıq proqramıdır. Bu proqram çərçivəsində Bakıda keçiriləcək tədbir Azərbaycanda adıçəkilən sahənin inkişafı üçün geniş imkanlar açacaq, kosmik tədqiqatların və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq.

            5 gün davam edəcək beynəlxalq elmi tədbirin əsas məqsədləri inkişaf etməkdə olan ölkələrdə müvafiq elmi cihazların quraşdırılması və kosmik hava məlumatlarının emalı işlərini davam etdirməklə yanaşı, xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirmək, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarətdir. Beynəlxalq elmi tədbirdə Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi, təcrübi biliklərin mübadiləsi və müzakirəsi məqsədilə Azərbaycandan, Avropa, Asiya və Afrika ölkələrindən olan alim və mütəxəssislərin plenar, şifahi və poster məruzələrlə Günəş fizikası, Günəş-Yer əlaqələri, Kosmik Hava Cihazları və Məlumatlar Bazası, Kosmik Havanın Modelləşdirilməsi, Qlobal Naviqasiya Peyk Sistemlərinə Kosmik Hava Təsirləri, Geosfer, Maqnitosfer-İonosfer-Termosfer əlaqələri, Milli Kosmik Hava Proqramları və Tədqiqatları, Təhsil və Təcrübə proqramları üzrə çıxışları, həmçinin, yerli və xarici elmi təşkilatların əməkdaşlarının və ali təhsil müəssisələrindən təhsilalanların dinləyici qismində iştirakları nəzərdə tutulur.

            Seminarın gözlənilən nəticələrinə kosmik hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələrin hazırlanması da daxildir.

            Tədbirdəki müzakirələr həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

            Son XƏBƏRLƏR

            08.12.2025 | 09:44

            BDU-nun Astrofizika kafedrası: “Maqnit qasırğası gözlənilir”

            07.12.2025 | 19:19

            BDU-nun dosenti Qismət Davudov vəfat edib

            06.12.2025 | 19:48

            BDU-nun dosenti Eldar Kərimov vəfat edib

            06.12.2025 | 17:41

            “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

            06.12.2025 | 15:38

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025