BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun dosenti Şuşada Heydər Əliyev Fondunun təşkil etdiyi simpoziumda məruzə edib

            BDU-nun dosenti Şuşada Heydər Əliyev Fondunun təşkil etdiyi simpoziumda məruzə edib

            2 Sentyabr 2021 13:36

            BDU-nun dosenti Şuşada Heydər Əliyev Fondunun təşkil etdiyi simpoziumda məruzə edib

            Bakı Dövlət Universitetinin (BDU) dosenti Ələmdar Cabbarlı Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil olunan "Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü" mövzusundakı simpoziumda məruzə ilə çıxış edib. O, əvvəlcə Vətən Müharibəsində Azərbaycanın qazandığı parlaq qələbədən danışıb, qeyd edib ki, bu tarixi zəfərə ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin, cənab Prezidentimiz İlham Əliyevin müdrik və cəsarətli qərarlarının sayəsində, qəhrəman şəhidlərimizin canı, qazilərimizin qanı hesabına nail olmuşuq.

            Məruzədə bildirilib ki, tarixi zəfərlə bitən Vətən Müharibəsindən sonra Qarabağda misilsiz quruculuq işləri başlayıb. Qürurvericidir ki, bərpa-quruculuq işləri digər istiqamətlərlə yanaşı, ədəbi-mədəni sferanı da əhatə edir. Artıq Şuşanın zəngin mənəvi, ədəbi, ictimai mühiti də yenidən qurulur. Vaqif Poeziya Günlərinin keçirilməsi Qarabağın zəngin ədəbi mühitinin yenidən bərpası yolunda tarixi hadisədir. Şuşa Azərbaycanın ictimai-siyasi, ictimai-mədəni, elmi mühitinə, təhsil tariximizə əvəzsiz töhfələr verib. Eyni zamanda Şuşa ədəbiyyatımıza böyük simalar bəxş edib. Burada zəngin ədəbi mühit olub, ədəbi məclislər, şeir günləri keçirilib.  Mirzə Rəhim Fəna ilə Hacı Abbas Agahın yaratdığı “Məclisi-üns” ədəbi məclisi şöhrətlənərək öz fəaliyyətini sarayda Xan qızı Natəvanın rəhbərliyi ilə davam etdirib. Mir Mövsüm Nəvvabın yaratdığı “Məclisi-fəramuşan” ədəbi məclisi Qarabağ ədəbi mühitinə böyük töhfələr verib. Bu mənada ulu öndərimiz Heydər Əliyev tərəfindən 39 il əvvəl Şuşada Vaqifin məqbərəsinin ucaldılması, poeziya günlərinin təşkili, bu gün isə cənab Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Vaqifin məqbərəsinin ikinci dəfə açılışı, azad Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi tarixi ənənələrin bərpasıdır. Bu hadisənin böyük ictimai, mədəni, siyasi əhəmiyyəti olduğunu vurğulayan Ələmdar Cabbarlı bildirib ki, Vaqif Poeziya Günləri ədəbi müstəvidə Qarabağın dünəni və bu günü arasında körpü rolunu oyanayaq, ədəbiyyatımıza yeni mövzular, yeni obrazlar gətirəcəkdir. Gələcəkdə bu tədbir, onun tarixi mahiyyəti haqqında elmi məqalələr, tədqiqat əsərləri yazılacaqdır.

            Məruzə maraqla dinlənilib, məruzə ətrafında müzakirələr aparılıb.

            BDU-nun dosenti Şuşada Heydər Əliyev Fondunun təşkil etdiyi simpoziumda məruzə edib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025