BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir

            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir

            SOSİAL 5 Mart 2026 17:17

            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir

            Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Şərq qadınının uğur yolu” adlı tədbir keçirilib.

            BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan həyatını elmin inkişafına və gənc nəslin potensialının artırılmasına həsr etmiş tanınmış şərqşünas alim Əsmətxanım Məmmədovanın fəaliyyətinin nümunə olduğunu deyib. Qeyd edib ki, dosent Əsmətxanım Məmmədova 1941-ci ildə ziyalı ailəsində dünyaya göz açıb, orta məktəbi bitirdikdən sonra 1960-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. 1965-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək, fakültənin Yaxın Şərq dilləri kafedrasında baş laborant kimi elmi fəaliyyətə başlayıb. 1966-1969-cu illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspirantı, 1967-1968-ci illərdə Leninqrad Dövlət Universitetinin Rus dili kafedrasının Eksperimental Fonetika Laboratoriyasının təcrübəçisi olub. 1969-cu ildən BDU Şərqşünaslıq fakültəsinin dosentidir. 1972-ci ildə “Fars dili söz vurğusunun fonetik təbiəti və yeri” adlı namizədlik dissertasiyasını müdafiə edib.  Bu günə qədər Əsmətxanım Məmmədovanın fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyatına aid olmaqla, 200-dək məqaləsi ölkə daxilində və xaricində işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid tədqiqatı fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 2007-ci ildə çap etdirdiyi “Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu da onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kiçik və böyük həcmli kitabın mütərcimidir.

            Əsmətxanım Məmmədovanın ictimai-siyasi fəaliyyətindən də söz açan dekan bildirib ki, o, 1995-2005-ci illərdə Milli Məclisin I və II çağırış deputatı olub. Tanınmış alim xidmətlərinə görə “Qabaqcıl təhsil işçisi” fəxri nişanı,  3–cü dərəcəli “Əmək” ordeni, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı,  Azərbaycan Yazıçılar İttifaqının “Qızıl Qələm” diplomu və  müxtəlif fəxri mükafatlarla təltif edilib.

            Tədbirdə çıxış edən fakültənin professor-müəllim heyəti dosent Əsmətxanım Məmmədovanın elmi və pedaqoji fəaliyyətindən danışaraq, alimin çoxşaxəli fəaliyyətinə nəzər salıblar. Onun elmi və bədii yaradıcılığının gənc nəslin inkişafında və ümumiyyətlə ölkəmizdə orta Şərq dillərinin öyrənilməsində əvəzsiz nümunə olduğunu vurğulayıblar.

            Daha sonra yubilyar Əsmətxanım Məmmədova elmə və alimə göstərilən bu yüksək dəyərə görə təşəkkürünü bildirib: “Elmə və onun inkişafına çalışmış insanlara dəyər verən millər hər zaman qalibdir”.

            Sonda Əsmətxanım Məmmədovanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir
            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir
            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir
            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir
            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir
            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir
            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir
            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.03.2026 | 17:16

            Akademik Vaqif Fərzəliyev BDU-da ustad dərsi deyib

            05.03.2026 | 17:15

            BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub

            05.03.2026 | 16:08

            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya

            05.03.2026 | 15:53

            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”

            05.03.2026 | 15:29

            BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XV Respublika müsabiqəsinin qalibidirlər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025