BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Coğrafiya fakültəsinin müəllimi Firəngiz Qasımova vəfat edib

            BDU-nun Coğrafiya fakültəsinin müəllimi Firəngiz Qasımova vəfat edib

            SOSİAL 2 Fevral 2026 13:54

            BDU-nun Coğrafiya fakültəsinin müəllimi Firəngiz Qasımova vəfat edib

            Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.

            Firəngiz Qasımova 30 mart 1959-cu ildə Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. O, 1966–1976-cı illərdə Zirə qəsəbəsi 120 saylı orta məktəbdə təhsil alıb, 1976–1978-ci illərdə texniki məktəbi bitirib. 1980–1986-cı illərdə BDU-nun Coğrafiya fakültəsində ali təhsil alıb, 1987–1989-cu illərdə isə Xarici Dillər Universitetinin nəzdində “Ərəb dili” kursunu bitirib.

            Firəngiz Qasımova 1980-ci ildən etibarən BDU-da əmək fəaliyyətinə başlayıb, uzun illər İqtisadi və sosial coğrafiya, 2007-ci ildən isə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedralarında çalışıb. 2007-ci ildə “Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

            Elmi fəaliyyəti dövründə 55 elmi məqalənin, o cümlədən 1 dərsliyin, 2 monoqrafiyanın və 7 tədris proqramının müəllifi olub. Onun tədqiqatları əsasən Azərbaycanın regionlarının sosial və iqtisadi-coğrafi problemlərinə həsr edilib. Firəngiz Qasımova ölkə daxilində və xaricdə keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və elmi tədbirlərdə fəal iştirak edib.

            BDU rəhbərliyi və kollektivi Firəngiz Qasımovanın vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

            Allah rəhmət eləsin!

            SOSİAL

            Son XƏBƏRLƏR

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            03.02.2026 | 10:31

            BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025