BDU könüllüləri üçün “Art terapiya” təlimi

“BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “Mən və kölgəm” layihəsi çərçivəsində klinik psixoloq Gülsənəm Vahidin “Art terapiya” adlı təlimi keçirilib.
Tələbələrin özünüifadə bacarıqlarını gücləndirmək və emosional rahatlıq əldə etmələri üçün keçirilən təlimin praktik mərhələsində iştirakçılar ağ maskaların üzərində duyğu və təsəvvürlərini rənglərlə ifadə ediblər. Bu proses iştirakçılara öz emosiyalarını daha dərindən anlamaq və rənglər vasitəsilə paylaşmaq imkanı yaradıb.
Təlimin sonunda iştirakçılar çəkdikləri rəsmləri birgə müzakirə edərək, duyğu və düşüncələrini bölüşüblər.