“BDU könüllüləri” tərəfindən masaüstü tennis turniri keçirilib
SOSİAL
10 Mart 2026 14:48

“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş masaüstü tennis turniri keçirilib.
Turnirdə BDU könüllüləri ilə yanaşı, “Gənc Könüllülər” İctimai Birliyi , “ASAN Könüllüləri”, “DİM Könüllüləri” təşkilatlarının üzvləri də iştirak ediblər. Üç mərhələdən ibarət turnirin final mərhələsinin nəticələrinə görə, “BDU könüllüləri” təşkilatını təmsil edən Elbəy Üzeyirzadə I, “Gənc Könüllülər” İctimai Birliyinin üzvləri Məryəm Əliyeva II, İbrahim Yusifov isə III yerə layiq görülüb.
Qaliblər sertifikatla təltif edilib.
Son XƏBƏRLƏR
10.03.2026 | 16:09
BDU-da elmi seminar: “Mədəni irs nümunələrinin mühafizəsində kitabxanaların rolu”
10.03.2026 | 15:25
BDU-da professor Nadir Məmmədlinin ustad dərsi
10.03.2026 | 14:36