BDU kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
-lg.jpg)
BDU kollektivi Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyublar.
BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Vətən müharibəsində BDU-nun 19 məzunu şəhid olub. Saat 12.00-da bütün ölkə ərazisində olduğu kimi, BDU-da da 1 dəqiqəlik sükut elan edilib.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın və BDU kollektivinin qəlbində əbədi yaşayacaq!