BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

            4 Aprel 2022 16:30

            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Kembric Mərkəzi Asiya Forumunun direktoru Montu Saksena və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı hər iki universitet arasında təhsil və elm sahələrində ikitərəfli əlaqələrə diqqət yetirilib. BDU-nun rektoru ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində görülən işlərdən, nailiyyətlərdən söz açıb. Görüşdə təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU üçün Kembric Universiteti ilə əməkdaşlığın əhəmiyyətindən danışılıb. Qonaq öz növbəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə yardım edəcəyini bildirib. Professor Montu Saksena Kembric Universitetinə daxil olan qurumların, xüsusilə də Kavendiş laboratoriyasının fəaliyyəti çərçivəsində müvafiq sahələrdə ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. İkitərəfli əməkdaşlığın qurulması və gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, real perspektivlər müzakirə edilib. Sonda qısa müddət ərzində universitetlər arasında birgə fəaliyyət planının və ikitərəfli əməkdaşlıq müqaviləsinin hazırlanması razılaşdırılıb.

            Sonra professor Montu Saksena BDU-nun professor-müəllim heyəti qarşısında "İnkişaf və innovasiyanın elmi aspektdən dəyərləndirilməsi” mövzusunda məruzə edib. Seminarı giriş sözü ilə açan BDU-nun rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev təhsil-elm-innovasiya vəhdətində Azərbaycanın ali təhsil məkanı ilə bağlı aparılan keyfiyyət araşdırmasının nəticələrini qonaqlarin və seminar iştirakçılarının diqqətinə çatdırıb. BDU-da yaradılan Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyətinə diqqət çəkən Əli Nağıyev bildirib ki, BDU artıq tədqiqat universitetinə çevrilməkdədir. O, bu istiqamətdə beynəlxalq əməkdaşlığın və strategiyanın tələblərinə uyğun olaraq Universitet-sənaye-biznes əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin önəmini vurğulayıb.

            Kembric Universitetinin Mərkəzi Asiya Forumunun professoru Montu Saksena rəhbəri olduğu forum haqqında məlumat verib, onun üzvlərinin dünyada tanınmış elm adamları olduğunu diqqətə çatdırıb. Daha sonra Kembric Universitetinin Fizika fakültəsinin Kavendiş laboratoriyasının fəaliyyəti barədə danışaraq qeyd edib ki, burada yüksək enerjilər fizikası, astrofizika, bioloji və tibbi fizika, polimerlər və nanohissəciklər fizikası, optika və molekulyar fizika, maddə quruluşu, yarımkeçiricilər fizikası və nəzəri fizika sahələrində tədqiqatlar aparılır.
            Montu Saksena qeyd edib ki, ölkəmizə səfərində məqsəd Azərbaycanın təhsil müəssisələrində tədqiqat işinin gücləndirilməsi istiqamətində Kembric Universitetində araşdırma və tələbə mübadiləsinin həyata keçirilməsi, həmçinin azərbaycanlı araşdırmaçıların Kembric Universitetinin Kavendiş laboratoriyasında tədqiqat aparmasına şərait yaradılması üçün fizika sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin müzakirəsidir.

            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
            BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025