BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”

            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”

            SOSİAL 29 Sentyabr 2026 16:52

            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”

            Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsinin altıncı ildönümünə həsr olunmuş “Zəfər ayı” layihəsi çərçivəsində “Yaddaşımızda yaşayan qəhrəmanlar” adlı tədbir keçirilib.

            BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən biri yazılıb. 44 gün davam edən müharibədə Azərbaycan xalqının həmrəyliyi, Ordumuzun gücü və Vətən uğrunda mübarizə əzmi bütün dünyaya nümayiş etdirilib. Prorektor bu şanlı tarixin gələcək nəsillərə milli həmrəyliyin, vətənpərvərliyin və azadlıq uğrunda mübarizənin ən parlaq nümunəsi kimi ötürüləcəyini vurğulayıb: “Bu Qələbə böyük itkilər hesabına əldə edildi. Vətən müharibəsində 3000-ə yaxın hərbi qulluqçumuz şəhid oldu, mindən artıq hərbçimiz yaralanaraq sağlamlığını itirdi. Onların hər birinin həyat yolu gənclərimiz üçün örnəkdir. Bu gün Azərbaycan Zəfərin yaratdığı yeni reallıqlarla yaşayır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir”.

            Milli Məclisin üzvü Aydın Hüseynov qeyd edib ki, Vətən müharibəsində Qələbə yalnız tarixi ədalətin deyil, milli qürurun bərpasıdır: “Azərbaycan qalib ölkə kimi bütün regionda yeni geosiyasi reallıq yaratdı. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrildi. Qarabağda əldə olunan Zəfərin ardınca 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyi də tam təmin olundu. Bu hadisədən sonra Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda ölkəmiz nəinki regionda, dünyada sülh tərəfdarı ölkə kimi nümunəyə, yenidən dirçəlişin simvoluna çevrilib”.

            Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağababalı, II Qarabağ müharibəsinin qazisi, müharibə veteranı Sübhan Əliyev və BDU-nun dosenti, l Qarabağ müharibəsi iştirakçısı Knyaz Aslan çıxışlarında bu qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.

            Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”
            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”
            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”
            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”
            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”
            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”
            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”
            SOSİAL

            Son XƏBƏRLƏR

            29.09.2026 | 16:14

            I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar

            29.09.2026 | 12:17

            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

            29.09.2026 | 12:16

            BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

            28.09.2026 | 16:43

            BDU-da silsilə təlimlər: “Elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması”

            28.09.2026 | 15:38

            BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025