BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim

            BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim

            SOSİAL 6 Noyabr 2025 10:28

            BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim

            Bakı Dövlət Universitetində (BDU) Geologiya, Ekologiya və torpaqşünaslıq, Coğrafiya fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim keçirilib.

            Təlimin məqsədi Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti, iqlim dəyişikliklərinin təsirləri və dənizdə dayanıqlı idarəetmə prinsiplərinə dair maarifləndirmə aparmaq olub.

            Geologiya fakültəsinin “BDU könüllüləri” təşkilatının sədri Ülvi Ağaliyev Xəzər dənizinin geoloji quruluşu, neotektonik proseslər, dəniz dibində baş verən dəyişikliklər, eləcə də çökmə süxurların (sedimentlərin) tərkibi və formalaşma şəraiti barədə məlumat verib. Qeyd olunub ki, Xəzər hövzəsində baş verən geoloji və iqlim hadisələrinin qarşılıqlı təsirinin öyrənilməsi regionun ekoloji sabitliyinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

            Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının müəllimi Türkan Məmişova Kür çayının axım həcminin azalmasının Xəzər dənizinə təsirləri barədə danışıb. O, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) regionun ekoloji idarəetmə strategiyasında roluna toxunub. Türkan Məmişova bildirib ki, BMT-nin DİM prinsiplərinin yerli səviyyədə tətbiqi Xəzərətrafı icmaların rifahına, ekosistemlərin qorunmasına və təbii resurslardan balanslı istifadəyə xidmət etməlidir. Qeyd edilib ki, son illərdə çayların su ehtiyatlarının azalması nəticəsində Xəzərin səviyyəsində dəyişikliklər müşahidə olunur və bu proses dənizin bioloji müxtəlifliyi, su ekosistemləri və sahil bölgələrinin sosial-iqtisadi inkişafına təsir göstərir.

            Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müəllimi Nəzrin Qasımova “Xəzər dənizinin hidrometeoroloji şəraiti və iqlim dəyişikliklərinin təsiri” mövzusunda təqdimatla çıxış edib. O, Xəzər dənizinin səviyyəsində müşahidə olunan illik və dövri dəyişiklikləri, bu dəyişikliklərə səbəb olan temperatur fərqləri, buxarlanma və yağıntı balansı kimi amilləri elmi əsaslarla izah edib. Nəzrin Qasımova qeyd edib ki, iqlim dəyişikliyi təkcə dənizin səviyyəsinə deyil, həm də sahilyanı ərazilərdə torpaq və su ehtiyatlarına, bioloji müxtəlifliyə və meteoroloji proseslərə təsir göstərir.

            Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

            BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim
            BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim
            BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim
            BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim
            BDU-da “Xəzər dənizinin gələcəyi: elmi yanaşmalar və dayanıqlı idarəetmə” mövzusunda maarifləndirici təlim
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025