BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub

            BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub

            3 Noyabr 2021 13:06

            BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub

            Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsi uğurla başa çatmışdır. BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti və ölkəmizin  nüfuzlu jurnalistlərinin iştirak etdiyi layihə çərçivəsində nəşr edilmiş kitabların bu gün təqdimat mərasimi keçirilmişdir.

            Layihə çərçivəsində nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”,  “Vətən müharibəsi yerli və xarici mediada” və “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” kitabları bu gün dövlət və ictimai xadimlər, millət vəkilləri, tanınmış jurnalistlər, müəllim və tələbələrin iştirak etdiyi təqdimat mərasimində ictimaiyyətə təqdim olunub.

            Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Giriş sözü ilə çıxış edən layihənin ideya müəllifi və rəhbəri, BDU-nun rektoru Elçin Babayev  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən söz açıb. BDU-da həyata keçirilən akademik layihələr haqqında məlumat verib. Qeyd edib ki, bu layihələrdən biri olan - “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsinin əsas məqsədi Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Prezidentinin xarici KİV-lərə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzsiz rolunu öyrənmək, müharibə dövründə yerli və xarici mediada dərc olunan məqalələri, müsahibələri və s. araşdırmaq, beynəlxalq medianın baxışını və yerli medianın fəaliyyətini akademik səviyyədə qiymətləndirmək olub. Layihə əsasında nəşr olunan kitabların materiallarından tədris prosesində istifadə ediləcəkdir.

            Təqdimat mərasimində BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Qulu Məhərrəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Jurnalistika fakültəsinin dosenti Aynur Nəsirova çıxış edərək, layihə çərçivəsində nəşr olunan kitabların gələcəkdə tədqiqatçılar üçün qiymətli və etibarlı mənbə rolunu oynayacağına əminliklərini ifadə ediblər.

            Qeyd edək ki, “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsi üzrə İşçi qrupu 5 istiqamət üzrə - Azərbaycan Respublikasının Prezidentinin xarici KİV-ə müsahibələri; Vətən müharibəsi beynəlxalq mediada; Vətən müharibəsi ölkə mediasında; müharibə dövründə Ermənistan mediası;  Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları istiqamətlərində araşdırma aparmış və layihə çərçivəsində 3 kitab nəşr olunmuşdur.

            “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri” kitabında Vətən müharibəsinin getdiyi gərgin günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici KİV nümayəndələrinə verdiyi parlaq müsahibələri, bu müsahibələrin informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilmişdir.

            “Vətən müharibəsi yerli və xarici mediada” kitabında Vətən müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılmış, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınmış, fərqli yanaşmalar  sistemləşdirilmiş, ümumiləşdirmələr aparılaraq təqdim olunmuşdur.

            “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” kitabında 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vasitələrində yayımlanmış yazılarının bir hissəsi toplanmışdır.

            BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub
            BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub
            BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub
            BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub
            BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub
            BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025