BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Uşaq və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda ustad dərsi keçirilib

            BDU-da “Uşaq və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda ustad dərsi keçirilib

            12 Aprel 2022 14:46

            BDU-da “Uşaq və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda ustad dərsi keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Uşaq və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova mövzu ilə bağlı məruzə edib.  
            Məruzəçi əvvəlcə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yaranma tarixi, formalaşma dövrü, müasir durumu, kadr potensialı, maddi-texniki bazası, perspektivləri və hədəfləri barədə məlumat verib. Bildirib ki, ölkə miqyasında uşaq kitabxanaları üzrə metodiki mərkəz funksiyasını icra edən Respublika Uşaq Kitabxanasının əsas oxucuları azyaşlılar, yeniyetmələr, kollec və lisey tələbələri, gənclər və valideynlərdir. Uşaq və gənclərdə mütaliə mədəniyyətinin formalaşması, onların elektron informasiya resurslarından səmərəli istifadəsi üçün innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdıran natiq bu kateqoriyadan olan oxuculara peşəkar kitabxana-informasiya xidmətinin göstərilməsinin kitabxanaçıdan xüsusi yanaşma, həssaslıq tələb etdiyini, burada psixoloji, pedaqoji incəliklərin nəzərə alınmalı olduğunu vurğulayıb, ümumilikdə prosesin spesifik cəhətlərini şərh edib.   
            Mühazirədə Respublika Uşaq Kitabxanasında aparılan rəqəmsallaşdırma prosesləri, tətbiq olunan proqramlar, kitabxananın informasiya resurslarının strukturu, fondu, oxucu sayı barədə məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, kitabxanada  ardıcıl olaraq daxil olan resursların elektron kataloqunun yaradılması, kitabxana fondunun elektron bazasının redaktəsi həyata keçirilir, oxucu sorğularına əsasən tələb olunan kitabların elektron mətnləri istifadəçilərə təqdim olunur. Məruzəçi kitabxananın sağlamlıq imkanları məhdud olan uşaqlara xidmət göstərdiyini də bildirib.   
            Şəhla Qəmbərova Respublika Uşaq Kitabxanasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin xeyli məzununun çalışdığını, bu dinamikanın son illər xüsusilə artdığını vurğulayıb.  
            Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi  dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

            BDU-da “Uşaq və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda ustad dərsi keçirilib
            BDU-da “Uşaq və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda ustad dərsi keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025