BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş və cins fərqlərinin elmi əsasları müzakirə edilib

            BDU-da ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş və cins fərqlərinin elmi əsasları müzakirə edilib

            17 Mart 2023 15:32

            BDU-da ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş və cins fərqlərinin elmi əsasları müzakirə edilib

            Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində fakültənin məzunu, ABŞ-ın Vyoming Universitetinin elmi işçisi, fəlsəfə doktoru Ayxan Yusifov “Ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş və cins fərqləri” mövzusunda elmi seminar keçirib.

            Məruzəçi ürək çatışmazlığı zamanı qanda katekolaminlərin miqdarının kəskin artmasının necə baş verdiyini izah edib. Bildirib ki, katekolaminlər ürəkdə Adrenergik Reseptorlara (AR) birləşir və ürək çatışmazlığına gətirib çıxarır. Tibb sahəsində AR-in  həddindən artıq stimulyasiyasının zərərli təsirləri ətraflı öyrənilib. AR-i bloklayan dərmanların , β- blokerlərin müalicə prosesində cavan və yaşlı xəstələrə, o cümlədən qadınlara eyni dozalarda verilməsi fərqli nəticələrə səbəb olur. Bu fərqli nəticələrin elmi əsasını öyrənmək üçün AR aktivləşdirilməsinin yaş və cinsə görə spesifik fərqləri aydınlaşdırılmalıdır.  Ayxan Yusifov bu fərqləri araşdırmaq üçün AR aktivləşdirilməsini isoproterenol (ISO) preparatından istifadə etməklə gəmirici modelində öyrəndiyini və  bu preparatı dişi və erkək olmaqla yeniyetmə (4 həftəlik), orta yaşlı (4-6 ay) və yaşlı (18 ay) C57Bl6 siçanlarına tətbiq etdiyini auditoriyaya çatdırıb. Elmi tədqiqatın nəticəsi kimi β-AR genlərinin ekspresiyyasında, kinaz (kinase) aktivliyində və mioflament zülallarının fosforlaşmasında yaş və cins fərqləri müşahidə edilib. Erkən yaşlarda idman hərəkətləri ürəkdə elə dəyişiklər yaradır ki, illər sonra bu dəyişikliklər hesabına ürək stressin öhdəsindən daha yüksək həddə gələ bilir.

            Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

            BDU-da ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş və cins fərqlərinin elmi əsasları müzakirə edilib

            Son XƏBƏRLƏR

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025