BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Türkiyənin tanınmış mütəxəssisi Mehmet Nuri Parmaksızın ustad dərsi

            BDU-da Türkiyənin tanınmış mütəxəssisi Mehmet Nuri Parmaksızın ustad dərsi

            28 Oktyabr 2022 14:27

            BDU-da Türkiyənin tanınmış mütəxəssisi Mehmet Nuri Parmaksızın ustad dərsi

            Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin sədri, müəlliflik hüquqları sahəsində tanınmış mütəxəssis Mehmet Nuri Parmaksız Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Müəlliflik hüququ” mövzusunda ustad dərsi keçib.

            Mühazirədə əvvəlcə müəlliflik hüququnun tarixi, təməl anlayışları və prioritetləri barədə məlumat verilib. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsində hər bir insanın müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərin nəticələrindən ibarət mənəvi və maddi mənafelərini müdafiə etmək hüququna malik olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, hər bir əsərin mühafizəsinin təmin edilməsi müvafiq dövlət qurumlarının prioritetlərindən hesab olunur. Əqli mülkiyyət hüquqlarının təməl insan hüquqlarından biri olduğunu vurğulayan natiq bu sahədə ilk qanunun 1709-cu ildə Britaniya parlamenti tərəfindən qəbul edildiyini bildirib, eyni zamanda Türkiyədə müəllif hüquqlarının tarixindən, formalaşmasından bəhs edib.  Diqqətə çatdırılıb ki, Osmanlı dövründə müəllif hüquqları ilə bağlı ilk hüquqi sənəd 1857-ci il qəbul edilmiş Müəllif Hüquqları Əsasnaməsidir. Türkiyənin 1995-ci ildən Bern Konvensiyasını qəbul etdiyini diqqətə çatdıran mütəxəssis əqli mülkiyyət hüquqlarının daha yaxşı qorunması üçün zaman-zaman qanunvericilikdə yeniliklərin tətbiqinin zəruriliyini vurğulayıb.

            Mühazirədə həmçinin müəllif hüquqlarının qüvvədə olma müddəti, pozulması halları, piratçılıqla mübarizə üsulları barədə bəhs olunub. Bildirilib ki, müəllif hüquqlarının pozulması halı miqyasından asılı olaraq mülki davanın açılması və ya cinayət işinin başlanması ilə nəticələnə bilər. Türkiyədə piratçılıqla mübarizə üsulları barədə məlumat verən natiq bu məqsədlə banderol, qeydiyyat və sertifikatlaşdırma sistemlərinin tətbiq edildiyini qeyd edib, hər üç sistemin özəllikləri, üstünlükləri barədə danışıb.

            Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, Mehmet Nuri Parmaksız dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb, məruzə ilə bağlı diskussiya aparılıb.

            BDU-da Türkiyənin tanınmış mütəxəssisi Mehmet Nuri Parmaksızın ustad dərsi

            Son XƏBƏRLƏR

            08.12.2025 | 09:44

            BDU-nun Astrofizika kafedrası: “Maqnit qasırğası gözlənilir”

            07.12.2025 | 19:19

            BDU-nun dosenti Qismət Davudov vəfat edib

            06.12.2025 | 19:48

            BDU-nun dosenti Eldar Kərimov vəfat edib

            06.12.2025 | 17:41

            “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

            06.12.2025 | 15:38

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025