BDU-da təlim: “Autizm spektr pozuntusunun loqopedik korreksiyası”

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Autizm spektr pozuntusunun loqopedik korreksiyası” mövzusunda təlim keçirilib.
Təlim həkim-pediatr və uşaq inkişafı üzrə mütəxəssis Təranə Kazımova tərəfindən aparılıb. O, autizm spektr pozuntusu olan uşaqlarla aparılan loqopedik işin əsas prinsipləri, metod və yanaşmaları barədə iştirakçılara ətraflı məlumat verib.
Təlim çərçivəsində iştirakçılar müxtəlif loqopedik alətlərlə tanış olub, onların tətbiqi praktiki şəkildə nümayiş etdirilib. Sonra tələbələrə qrup işi formatında tapşırıqlar təqdim olunub.
Tədbirin əsas məqsədi tələbələrin autizm spektr pozuntusu sahəsində nəzəri biliklərinin artırılması, müasir loqopedik yanaşmalarla tanış edilməsi və praktik bacarıqlarının inkişafına dəstək göstərilməsi olub.