BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da tələbələrin III Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”

            BDU-da tələbələrin III Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”

            14 Aprel 2023 14:46

            BDU-da tələbələrin III Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”

            Bakı Dövlət Universitetində (BDU) İnformasiya və menecment fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin III Respublika konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan professor Xəlil İsmayılov bildirib ki, son dövrlər BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, o cümlədən tələbələrin də bu prosesə cəlb edilməsi istiqamətində mühüm addımlar atılır: “Bu mənada İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə davamlı olaraq keçirilən, artıq ənənə halını alan “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda Respublika konfransı xüsusi əhəmiyyətə malikdir. Builki konfransın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması tədbirin əhəmiyyətini daha da artırır”. Konfransın tələbələrdə elmi fəaliyyətə böyük maraq yaradacağını vurğulayan Xəlil İsmayılov tədbirin işinə uğurlar arzulayıb.

            İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Rəşad Qardaşov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində əsas element olan elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, tələbələrdə elmi tədqiqata marağı artırmaq, bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir.

            Respublika konfransında tələbələr BDU-nun Elmi Kitabxanası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Kitabxanası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Kitabxanası, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzi, Azərbaycan Dillər Universitetinin Kitabxana İnformasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ Kitab Evində  avtomatlaşdırma proseslərinin müasir vəziyyəti, istifadə səmərəliliyi, elektron kataloqun axtarış imkanları barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda kitabxanaların bu sahədəki fəaliyyəti şərh edilib, müqayisəli təhlillər aparılıb, alınmış nəticələr təqdim olunub, təkliflər irəli sürülüb.

            Sonda fakültə rəhbərliyi və təmsil olunan kitabxanaların direktorları çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib, təşkilatçılığa və yüksək səviyyədə dəstəyə görə Universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

            BDU-da tələbələrin III Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”
            BDU-da tələbələrin III Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”
            BDU-da tələbələrin III Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”
            BDU-da tələbələrin III Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025