BDU-da tanınmış yazıçı və psixoloq Rövşən Abdullaoğlu ilə görüş

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Filologiya fakültəsinin təşkilatçılığı ilə tanınmış yazıçı və psixoloq Rövşən Abdullaoğlu ilə görüş keçirilib.
Rövşən Abdullaoğlu tələbələrə həyatı, yaradıcılığı, ilk qələm təcrübələri haqqında məlumat verib. Müəllifi olduğu “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon”, “Reyslər üzərində uzanmış adam” əsərləri haqqında söhbət açıb, yazıçılıq fəaliyyətinin incə məqamlarına toxunub. Daha sonra qonaq mütaliənin insan həyatındakı rolu və şəxsi inkişaf mövzularında tələbələrlə səmimi söhbət aparıb.
Sonda yazıçı tədbir iştirakçılarının suallarını cavablandırıb, tələbələrə imzalı kitablarını hədiyyə edib.