BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”

            BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”

            SOSİAL 21 Noyabr 2025 10:05

            BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 noyabr - Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş “Hüquq və suverenlik uşaqların gözü ilə” adlı görüş keçirilib. Görüşdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinin 125 nömrəli tam orta məktəbinin şagird və müəllimləri iştirak ediblər.
            Hüquq fakültəsinin dekanı Zaur Əliyev məktəblilərlə görüşün onların hüquq mühiti və elmi atmosferlə yaxından tanış olması baxımından önəmini qeyd edib. Hüquq fakültəsinin Şərqi Avropanın ən qədim və böyük fakültələrindən biri olduğunu bildirib, hüquqşünas peşəsinin xüsusiyyətlərindən bəhs edib. Dekan tələbələrin uğurları haqqında məlumat verərək, Prezident təqaüdçülərinin sayına görə fakültənin respublika birincisi olduğunu vurğulayıb.
            Zaur Əliyev uşaq hüquqları sahəsində əsas beynəlxalq sənədlər – 1959-cu il Uşaq Hüquqları Bəyannaməsi və 1989-cu il Uşaq Hüquqları Konvensiyasının uşaqların müdafiəsində oynadığı rolu vurğulayıb, dövlətin uşaq hüquqları sahəsində apardığı siyasətə toxunub. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyası uşaq hüquqlarının qorunmasına xüsusi yer ayırıb. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Qanun isə dövlətin uşaqlara göstərdiyi dəyərin bariz nümunəsidir. Dekan, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə həyata keçirilən mühüm tarixi hadisələrdən danışıb. Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və I Qarabağ müharibəsinin ən uğurlu döyüş əməliyyatı sayılan Horadiz əməliyyatı, bunun nəticəsində bir sıra kəndlərin, o cümlədən qələbəmizin müjdəçisinə çevrilən Cocuq-Mərcanlının azad olunması ilə başlanan zəfər yürüşü Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla başa çatdırılıb. 44 günlük Vətən müharibəsində əldə olunan  Zəfər nəticəsində Qarabağda yenidən uşaq səsləri eşidilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin xeyirxahlıq missiyasını uğurla davam etdirən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan dekan Fond tərəfindən həyata keçirilən layihələrin uşaqların sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
            Sonra 125 nömrəli tam orta məktəbin şagirdləri şeirlər səsləndirib, uşaq hüquqları ilə bağlı fikirlərini söyləyiblər. Uşaqlar fakültə ilə də tanış olub, auditoriyalara daxil olaraq dərsləri izləyiblər.
            Tədbir çərçivəsində həmçinin Hüquq fakültəsinin dekanının təşəbbüsü ilə tələbələrin hazırladığı, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Əsas Qanunun işığında -  Konstitusiya” adlı məktəbli kitabçasının təqdimatı keçirilib. Tədbirin sonunda məktəblilərə sertifikatlar təqdim edilib.  
             
            BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”
            BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”
            BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”
            BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”
            SOSİAL

            Son XƏBƏRLƏR

            16.12.2025 | 10:50

            BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar

            15.12.2025 | 18:18

            BDU-da Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir

            15.12.2025 | 17:44

            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub

            15.12.2025 | 15:17

            BDU və Çinin Anhui Universiteti arasında Konfutsi İnstitutunun fəaliyyəti üzrə əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb

            15.12.2025 | 15:00

            BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025