BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb

            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb

            24 May 2022 17:44

            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb

            Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb.

            Laboratoriyanın açılış mərasimində çıxış edən Universitetin rektoru Elçin Babayev qeyd edib ki, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daim diqqət mərkəzindədir. Bu baxımdan beynəlxalq əməkdaşlığı, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirmək və onların təcrübəsindən yaralanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə nail olmaq BDU-nun inkişaf strategiyasında prioritet məsələdir: “Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. İcra olunan layihələrin nəticəsində strateji əhəmiyyət kəsb edən sahələr də yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu baxımdan son illərdə respublikamızda informasiya və kommunikasiya texnologiyaları sahəsinin müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər də miqyası və əhəmiyyəti ilə seçilir. BDU-nun müasir səviyyədə qurulan Rəqəmsal Tədqiqatlar Laboratoriyası da bunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, hazırda Universitetdə inkişaf strategiyasına uyğun olaraq müvafiq sahənin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir”.

            Elçin Babayev vurğulayıb ki, Rəqəmsal Tədqiqatlar Laboratoriyası ilk növbədə tədqiqat potensialının, tələbələrin elmi-tədqiqat imkanlarının artırılmasına və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir: “Laboratoriya kompüter elmləri sahəsində hərtərəfli riyazi təhsili və biliyi olan, alqoritmik düşüncəyə sahib, effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını bilən və onları real sənaye məsələlərinin həllində tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanması məqsədi daşıyan Avropa İttifaqının Erasmus + KA2 Proqramı çərçivəsində maliyyələşdirilən və İsveçin Linköpinq Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” layihəsinin dəstəyi ilə yaradılıb. Sözügedən layihənin icrasına 2019-cu ilin yanvar ayından başlanılıb. Layihənin icrasına Universitetin 5 əməkdaşı cəlb olunub və “Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı” adlı yeni ixtisasın/ixtisaslaşmanın Azərbaycanda açılması üçün Təhsil Nazirliyinə müraciət olunub, daha sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb. 2021-ci ilin sentyabr ayından etibarən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə yeni açılan bu ixtisas üzrə ingilis bölməsinə 5 tələbə qəbul olunub”.

            Qeyd edək ki, adı çəkilən ixtisas üzrə təhsil proqramı 120 kreditdən ibarətdir. 2 illik təhsil müddəti ərzində magistrantlara 21 fənn tədris olunacaq. Fənlərin tədrisinə ingilis dilində tədris edə bilən, praktik biliklərə sahib yüksək ixtisaslı kadrlar cəlb olunub. Bunlarla yanaşı, layihə çərçivəsində Avropa universitetlərinin təcrübəsindən faydalanmaq məqsədilə tərəfdaş ali məktəblərin müəllim və tələbələri üçün İsveç, Böyük Britaniya, Estoniya və Portuqaliyada intensiv təlimlər, Azərbaycanda yay məktəbləri və partnyor universitetlərin müəllim heyəti ilə mübadilə proqramlarının təşkili həyata keçirilir.

            Bildirilib ki, ölkənin aparıcı elm və təhsil müəssisəsi olan BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əsas qayəsi öz istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları və təhsilalanları cəlb etmək, yeni nəsil alimlərin yetişməsinə töhfə vermək, təhsil və elm sahəsində transformativ təkmilləşdirmələr aparmaqdır. Ali təhsil sahəsində potensialın artırılmasına xidmət edən sözügedən layihə çərçivəsində Universitetdə “Mobil tətbiqlər və oyun dizaynı” ixtisası üzrə təhsil alan tələbələr, layihə iştirakçıları və tədris prosesinə cəlb olunan müəllimlər BDU nəzdində müasir Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi  nəzdində fəaliyyət göstərən Rəqəmsal Tədqiqatlar laboratoriyasının imkanlarından da yararlanmaqla bilik və bacarıqlarını artırırlar. “MAGnUS” layihəsi çərçivəsində həmçinin, sözügedən laboratoriyanın maddi-texniki bazasının daha da müasirləşməsinə nail olunub. Bununla ölkəmizdə yeni nəsil alimlərin və mütəxəssislərin yetişməsinə töhfə verən, təhsil və elm sahəsində transformativ təkmilləşdirmələr aparılacaq bir təhsil məkanının əsası qoyulub.

            Açılış mərasimində çıxış edən Milli Erasmus + Ofisinin rəhbəri Pərviz Bağırov isə qeyd edib ki, yeni açılan belə innovativ laboratoriyaların Azərbaycan xalqına xidmət etməsi böyük sevincdir. Rəqəmsal layihələrin böyük perspektivi olduğunu deyən Pərviz Bağırov BDU-da yaradılan yeni laboratoriyanın digər universitetlər üçün nümunə sayıldığını vurğulayıb.

            BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri Ələkbər Əliyev da çıxışlarında yeni laboratoriyanın üstünlüklərini, praktiki və real tədqiqatlara əsaslandığını, BDU-da rəqəmsallaşma işinə böyük töhfə verəcəyini qeyd ediblər.

            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
            BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025