BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi

            SOSİAL 21 May 2026 17:15

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi keçirilib.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, BDU-nun ən güclü tərəflərindən biri onun zəngin ənənələrə sahib olması və bu ənənələri daim inkişaf etdirməsidir. O qeyd edib ki, eyni xüsusiyyət Azərbaycan jurnalistikasına da xasdır. Bu gün həm Universitetin, həm də milli mətbuatın yeni inkişaf mərhələsinə qədəm qoymasının əsasında məhz ənənələrə sadiqlik dayanır. Prorektor vurğulayıb ki, gənclərin bu ənənələrdən yararlanaraq peşəkar jurnalist kimi formalaşması sevindirici haldır. O əlavə edib ki, Azərbaycan jurnalistikasında öz dəst-xətti ilə seçilən tanınmış media nümayəndələrinin layihə çərçivəsində tələbələrlə görüşməsi və dərslər keçməsi layihənin əhəmiyyətini daha da artırır və onun davamlı olması nəzərdə tutulur.

            Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında professor Nəsir İmanquliyevin Azərbaycan jurnalistikasının inkişafındakı əvəzsiz rolundan bəhs edib. O bildirib ki, Nəsir İmanquliyev uzun illər “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərərək milli mətbuatın inkişafına mühüm töhfələr verib. Həmin dövrdə bu qəzetlər yalnız informasiya mənbəyi deyil, həm də gənc jurnalistlərin formalaşdığı peşəkar media məktəbi rolunu oynayıb. Rəşad Məcid qeyd edib ki, Nəsir İmanquliyev jurnalistikada özünəməxsus məktəb yaradaraq yüzlərlə gəncin peşəkar jurnalist kimi yetişməsinə dəstək olub. Onun formalaşdırdığı jurnalistika məktəbi obyektivlik, operativlik, məsuliyyət və milli dəyərlərə bağlılıq prinsiplərinə əsaslanıb. Bildirilib ki, bu məktəbin yetirmələri sonrakı illərdə Azərbaycan mediasının tanınmış simalarına çevrilərək milli mətbuatın inkişafında mühüm rol oynayıblar. O əlavə edib ki, müasir dövrdə jurnalistikanın qarşısında yeni çağırışlar dayansa da, Nəsir İmanquliyev kimi korifeylərin irsi bugünkü gənc jurnalistlər üçün mühüm yol xəritəsi rolunu oynayır.

            Tədbirdə çıxış edən Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli və fakültə THİK-in sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, “Professor Nəsir İmanquliyev dərsləri” gənclərin milli mətbuat tarixini daha yaxından öyrənməsi, peşəkar jurnalistika ənənələri ilə tanış olması və media sahəsində praktik biliklər əldə etməsi baxımından mühüm təşəbbüsdür. Çıxışlarda vurğulanıb ki, Nəsir İmanquliyevin zəngin irsi və yaratdığı jurnalistika məktəbi bu gün də Azərbaycan mediası üçün örnək olaraq qalır.

            Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışında layihənin tələbələrin peşəkar jurnalistika mühiti ilə yaxından tanış olması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, “Professor Nəsir İmanquliyev dərsləri” gənclərin milli mətbuat ənənələrini öyrənməsinə və praktik biliklər qazanmasına töhfə verir. Sonda layihənin ikinci mərhələsi olaraq bu gündən etibarən məqalə müsabiqəsinin elan olunduğu diqqətə çatdırılıb.

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi
            SOSİAL

            Son XƏBƏRLƏR

            21.05.2026 | 19:45

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            21.05.2026 | 17:05

            BDU TGT-nin təşkilatçılığı ilə universitetlərarası futbol çempionatı keçiriləcək

            21.05.2026 | 17:04

            BDU əməkdaşları Üsküdar Universiteti tərəfindən təşkil olunan 13-cü Beynəlxalq Kommunikasiya Günlərində məruzə ediblər

            21.05.2026 | 16:10

            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib

            21.05.2026 | 15:44

            BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025