BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Novruz bayramı qeyd olunub

            BDU-da Novruz bayramı qeyd olunub

            SOSİAL 19 Mart 2026 15:27

            BDU-da Novruz bayramı qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı münasibətilə tədbir keçirilib.

            Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev Universitet əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bildirib ki, Novruz əsrlər boyu milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi və birlik ruhumuzu yaşadan müqəddəs bir bayramdır. Bu bayram təbiətin oyanışını, həyatın yenidən canlanmasını, ümidin və yeniliyin başlanğıcını simvolizə edir. Novruz yalnız mövsüm dəyişikliyi deyil, həm də insanların mənəvi cəhətdən yenilənməsi, saflaşması və gələcəyə daha böyük inamla baxmasının rəmzidir. Bu gün Azərbaycan dövləti öz milli dəyərlərinə sadiq qalaraq dinamik inkişaf yolu ilə irəliləyir, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir: “Belə bir inkişaf mərhələsində Novruz bayramı bizim üçün yalnız ənənə deyil, həm də milli kimliyimizin qorunması, zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması da yenilənmə, quruculuq və davamlı inkişaf ideyalarının təntənəsidir. Tarix boyu Azərbaycan xalqının görkəmli ziyalıları, alimləri və mütəfəkkirləri Novruz bayramına xüsusi ehtiramla yanaşıb, onun fəlsəfi və mənəvi dərinliyini yüksək qiymətləndiriblər. Bu bayramın rəsmi status alması müstəqil dövlətimizin mühüm nailiyyətlərindən biridir. Multikultural dəyərlərin və tolerantlıq ənənələrinin güclü olduğu ölkəmizdə Novruz bayramı müxtəlif mədəniyyətlərin harmoniyasını və ümumbəşəri dəyərlərin vəhdətini əks etdirir. Novruz adət-ənənələrində xalqımızın müdrikliyi, humanizmi və yüksək əxlaqi keyfiyyətləri aydın şəkildə öz əksini tapır. Bu bayram insanları bir araya gətirir, ailə və cəmiyyət bağlarını möhkəmləndirir, qarşılıqlı hörmət və etimadı gücləndirir”.

            Rektor diqqətə çatdırıb ki, artıq xalqımız Novruz bayramını daha böyük qürur və sevinc hissi ilə qeyd edir: “Artıq bir neçə ildir ki, işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqalları alovlanır, doğma yurd yerlərimizdə bayram şənlikləri keçirilir. Bu, xalqımızın tarixi qələbəsinin, milli birliyinin və sarsılmaz iradəsinin parlaq təzahürüdür. Qarabağdan ucalan Novruz tonqalları bu gün həm də dirçəlişin, yenidənqurmanın və parlaq gələcəyimizin rəmzinə çevrilib”.

            Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kang Kymgu Azərbaycanın ən gözəl bayramlarından birini BDU tələbələri ilə qeyd etməkdən sevinc duyduğunu bildirib. Səfir qeyd edib ki, Novruz Azərbaycan mədəniyyətini, ənənələrini təmsil edən bir bayramdır: “Bu dövrdə dünya çox sürətlə dəyişir. Dəyişən dünyada belə ənənələri yaşadan gəncləri görmək çox xoşdur. Bu, sizin qəlbinizdə azərbaycançılıq hisslərini daha da gücləndirəcək. Azərbaycanda həm müxtəliflik hökm sürür, həm də ənənələrə güclü bağlılıq var. Bu baxımdan Azərbaycanla Koreya oxşardırlar. Sizə Azərbaycan-Koreya əlaqələrini daha da inkişaf etdirməyi, sağlam, xoşbəxt olmağı, ölkənizin inkişafına töhfə verməyinizi arzulayıram”.

            BDU-nun Filologiya fakültəsinin dosenti Kəmalə İslamzadə çıxışında Novruzun tarixi, adət-ənənələri, türk xalqlarının etnoqrafiyasında, mifik dünyagörüşündə yeri haqqında geniş məlumat verib, bu bayramın milli-mənəvi dəyərlər sistemimizdə özünəməxsus rola malik olduğunu qeyd edib.

            Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.

            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            BDU-da Novruz bayramı qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025