BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib

            BDU-da “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib

            18 Aprel 2022 15:44

            BDU-da “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib

            Bakı Dövlət Universitetində (BDU) Biologiya, Kimya, Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya YOX deyək!” mövzusunda tədbir keçirilib.  

            Əvvəlcə Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

            Biologiya fakültəsinin dekanı Afət Məmmədova müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edib, yeniyetmə və gənclər arasında narkomaniya ilə mübarizənin və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.  

            Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov tədbirin Azərbaycan cəmiyyətinə çağırış olduğunu deyərək, gəncləri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.  

            Ehtiyatda olan polis polkovniki Adıgözəl Adıgözəlov, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq-həkimi Fəzail Sadıqov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova və həmin fakültənin IV kurs tələbəsi Ayşən Qəribova çıxışlarında  gənclər arasında psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri, asılılığın başvermə səbəbləri, psixoaktiv maddələrin kimyəvi tərkibi və yaratdığı fəsadlar, bununla əlaqədar hüquq pozuntularının profilaktikası haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.  
            Narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığı, hazırda ciddi qlobal problemə çevrildiyi, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdikləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb.  
            Tədbirin sonunda qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

            BDU-da “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib
            BDU-da “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib
            BDU-da “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib
            BDU-da “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib
            BDU-da “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025