BDU-da “Məzunun izində” layihəsi: WUF13 Əməliyyat Şirkətinin mütəxəssisi Nərmin Tahirli ilə görüş

“BDU könüllüləri” təşkilatının “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Layihənin budəfəki qonağı WUF13 Əməliyyat Şirkətinin substantiv məzmun üzrə mütəxəssisi Nərmin Tahirli olub.
“BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov layihənin əhəmiyyəti haqqında məlumat verib. Qeyd edib ki, BDU məzunlarının müxtəlif peşə sahələrində nail olduqları uğurlar tələbələrin karyera quruculuğunda və stimullaşdırılmasında mühüm rol oynayır.
Görüş zamanı Nərmin Tahirli tələbəlik dövründə əldə etdiyi təcrübələrdən, iştirak etdiyi könüllülük proqramlarından bəhs edib, karyera planlaması ilə bağlı faydalı tövsiyələrini bölüşüb. O vurğulayıb ki, uğurlu karyera üçün əsas amillərdən biri doğru mühitdə olmaq, düzgün insanlarla əlaqə qurmaq və geniş şəbəkəyə sahib olmaqdır.
O, hazırda fəaliyyət göstərdiyi WUF13 Əməliyyat Şirkətindəki iş prosesi haqqında da məlumat verib və tələbələri maraqlandıran sualları cavablandırıb.