BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Kriminalistika” dərsliyinin təqdimatı olub

            BDU-da “Kriminalistika” dərsliyinin təqdimatı olub

            20 Oktyabr 2022 16:54

            BDU-da “Kriminalistika” dərsliyinin təqdimatı olub

            Təqdimat mərasimində çıxış edən Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov qeyd edib ki, tələbələrin keyfiyyətli dərslik və dərs vəsaitləri təmin edilməsi və elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması BDU-nun əsas prioritetlərindən biridir. O, yeni çap olunan “Kriminalistika” dərsliyinin Hüquq fakültəsinin tələbə və məzunları üçün faydalı olacağını və onların peşəkar kadr kimi yetişməsinə yardım edəcəyini bildirib.
            Qeyd olunub ki, dərslik professor Kamilə Sarıcalinskayanın rəhbərliyi altında 1999-cu ildə Azərbaycan dilində ilk dəfə nəşr olunmuş “Kriminalistika” dərsliyinin yenidən işlənmiş, zəruri əlavə və dəyişikliklər edilmiş ikinci nəşridir. Dərslik kriminalistikanın qarşısında duran ən mühüm elmi və praktiki problemləri həll etmək üçün bilik, bacarıq və vərdişlərə yiyələnmək məqsədi daşıyır, Azərbaycanda ali hüquq təhsilinin müasir səviyyəsinə və təhsil standartlarına uyğundur. O, kriminalistika elminin ən aktual və mühüm məsələlərini əhatə edir. Dərslikdə kriminalistika elminin yeni nailiyyətləri, eləcə də ölkə qanunvericiliyində baş vermiş ən son dəyişikliklər nəzərə alınıb.
            Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, kafedranın dosenti Bəxşeyiş Əsgərov, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nigar Rəsulbəyova və “Əməkdar hüquqşünas” İkram Kərimov çıxışlarında dərsliyin yüksək ixtisaslı hüquq kadrlarının hazırlanmasında, cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində, həmçinin cinayət, mülki və inzibati işlər üzrə xüsusi biliklərdən istifadənin, kriminalistik taktiki üsul və tövsiyələrin tətbiqinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını vurğulayıblar.
            Qeyd edək ki, ümumi həcmi 996 səhifə olan dərsliyin redaktoru Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru İpək Abbasovadır. Dərsliyə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev, BDU-nun Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Kriminalistika kafedrası rəy verib.

            BDU-da “Kriminalistika” dərsliyinin təqdimatı olub
            BDU-da “Kriminalistika” dərsliyinin təqdimatı olub
            BDU-da “Kriminalistika” dərsliyinin təqdimatı olub
            BDU-da “Kriminalistika” dərsliyinin təqdimatı olub
            BDU-da “Kriminalistika” dərsliyinin təqdimatı olub

            Son XƏBƏRLƏR

            07.12.2025 | 19:19

            BDU-nun dosenti Qismət Davudov vəfat edib

            06.12.2025 | 19:48

            BDU-nun dosenti Eldar Kərimov vəfat edib

            06.12.2025 | 17:41

            “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

            06.12.2025 | 15:38

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025