BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Konstitusiya Günü qeyd olunub

            BDU-da Konstitusiya Günü qeyd olunub

            SOSİAL 12 Noyabr 2025 17:02

            BDU-da Konstitusiya Günü qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

            Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Günü müstəqil dövlətçiliyimizin tarixində mühüm əhəmiyyət daşıyır. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə qəbul ediib və həmin il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri – müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir: “5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi”.

            Rektor bildirib ki, ötən 30 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum yolu ilə Azərbaycan Konstitusiyasına bir sıra əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bunun nəticəsində Azərbaycan Konstitusiyası daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib: “Biz artıq bu bayramı qürurla, şərəflə, Konstitusiyamızda təsbit olunmuş suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunduğu, üçrəngli dövlət bayrağımızın 30 ilə yaxın müddətdə işğal altında qalan müqəddəs torpaqlarımızda dalğalandığı tarixi bir şəraitdə qeyd edirik. Artıq hər kəsə bəllidir ki, qalib Azərbaycan dövlətinin hüdudları daxilində yaşayan hər bir vətəndaşımız yalnız və yalnız Konstitusiyamıza əsaslanaraq öz fəaliyyətini həyata keçirə bilər. Bu gün Azərbaycan qalib ölkə, regionun əsas söz sahibi kimi öz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi müstəvidə, diplomatik danışıqlarda uğurları, qələbələri davam edir. Dövlətimizin inkişafına təkan verən hüquqi sənədlər, müqavilələr, bəyanatlar imzalanır, azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bütün bunlar azad, suveren dövlətimizin nüfuzunu günbəgün artırır”.

            Rektor diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında BDU alimləri də iştirak ediblər. BDU-nun Dövlət və hüquq nəzərəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova və Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov bu gün də Konstitusiyamızda təsbit olunan hüquqların tələbələrə öyrədilməsində yaxından iştirak edirlər: “BDU-nun “Konstitusiya və Suverenlik İli” ilə bağlı qəbul etdiyi tədbirlər planı uğurla icra edilir. Beynəlxalq konfranslar, seminarlar, dəyirmi masalar təşkil olunur, konstitusiya və suverenliyimizin tarixinə həsr olunmuş nəşrlər hazırlanır. Konstitusiya və suverenliyimizin gənc nəslə təbliği, onun əsas müddəalarının tələbələrə aşılanması, dövlətimizin zəfərlərinin, möhtərəm Pezidentimizin apardığı siyasətin öyrənilməsi və təbliği bu gün hər birimizin əsas vəzifəsi və borcudur”.

            Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, BDU İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, millət vəkili Nigar Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev və Diplomatiya kafedrasının müəllimi Aytən Qurbanova çıxış edərək Azərbaycan Konstitusiyasının dövlət quruculuğundakı rolu, hüquqi islahatların inkişafı və insan hüquqlarının qorunması sahəsindəki əhəmiyyətindən danışıblar.

            BDU-da Konstitusiya Günü qeyd olunub
            BDU-da Konstitusiya Günü qeyd olunub
            BDU-da Konstitusiya Günü qeyd olunub
            BDU-da Konstitusiya Günü qeyd olunub
            BDU-da Konstitusiya Günü qeyd olunub
            BDU-da Konstitusiya Günü qeyd olunub
            BDU-da Konstitusiya Günü qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025