BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

            SOSİAL 10 İyun 2026 11:34

            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “ASAN könüllüləri” təşkilatının iştirakı ilə 18 iyun – İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

            Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda məruzə edib. O, tədbirdə iştirak edən 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarını və ASAN könüllülərini salamlayıb, ölkədə insan hüquqları sahəsində könüllülük hərəkatının geniş vüsət aldığını qeyd edib. Dekan Universitetdə fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlu fəaliyyətinin əhəmiyyətini vurğulayıb, tədbirin İnsan Hüquqları Günü ərəfəsində keçirilməsinin xüsusi məna daşıdığını bildirib.

            Zaur Əliyev insan hüquqlarının tədrisinin əhəmiyyətindən bəhs edərək, ixtisasından asılı olmayaraq hər bir şəxsin insan hüquqları barədə məlumatlı olmasının vacibliyini diqqətə çatdırıb. Dekan 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsini xatırladaraq, bu tarixin beynəlxalq səviyyədə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatının yaradılmasının əsas məqsədlərindən birinin insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi olduğunu vurğulayan natiq sonrakı dövrdə beynəlxalq insan hüquqları sisteminin inkişafı çərçivəsində 1966-cı ildə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın və İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın əhəmiyyətini qeyd edib.

            Dekan müqavilə və bəyannamə anlayışları arasındakı fərqləri izah edib, İnsan Hüquqları Komitəsi, Uşaq Hüquqları Komitəsi və digər müqavilə qurumlarının fəaliyyətindən bəhs edib. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi qeyd olunmasının əhəmiyyəti və Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi islahatlar, o cümlədən ölüm hökmünün ləğvi barədə ətraflı məlumat verib. Dekan qeyd edib ki, Ümummilli Liderin Milli Məclisə müraciətində ölüm hökmünün insan ləyaqətinə zidd olduğu vurğulanıb, insan ləyaqətinə hörmətin Azərbaycan xalqının əsrlər boyu formalaşmış mənəvi dəyərlərindən qaynaqlandığı bildirilib.

            Çıxış zamanı Azərbaycan və dünya mütəfəkkirlərinin insan hüquqları ilə bağlı fikirlərinə də toxunulub, müəllifi Ulu Öndər olan Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Konstitusiya dövlət quruculuğu tariximizdə ilk dəfə olaraq təbii hüquq konsepsiyasını özündə əks etdirib, yaşamaq, bərabərlik, əmək, təhsil və digər fundamental hüquq və azadlıqların təminatını müəyyən edib.

            Dekan insan hüquqlarının müdafiəsi sahəsində Ulu Öndər Heydər Əliyev tərəfindən başladılmış islahatların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, dövlət başçısı tərəfindən təsdiq edilmiş mühüm dövlət proqramlarından da bəhs edib, 2006-cı ildə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının, 2011-ci ildə isə İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyinin Artırılması üzrə Milli Fəaliyyət Proqramının təsdiq olunduğunu qeyd edib.

            Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin humanizm və xeyirxahlıq missiyasının bu gün Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond qadın və uşaq hüquqlarının müdafiəsi, təhsil və sosial layihələrin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərir.

            Çıxışının sonunda dekan Zaur Əliyev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, insan hüquqlarının müdafiəsi, bu sahədə beynəlxalq və milli mexanizmlər, eləcə də gənclərin hüquqi maarifləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

            Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri, III kurs tələbəsi Vaqif Xəlil fakültədə fəaliyyət göstərən tələbə təşkilatlarının əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, tələbələrin hüquqlarının müdafiəsi və onların ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

            Tədbir 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Səbuhi Salamovun çıxışı ilə davam edib. O, ASAN könüllülərinin fəaliyyət istiqamətlərindən bəhs edib, insan hüquqlarının təşviqi və vətəndaş məmnuniyyətinin təmin edilməsi sahəsində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            10.06.2026 | 12:34

            Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

            10.06.2026 | 10:41

            BDU-nun dosenti Tariel Abbasov vəfat edib

            09.06.2026 | 15:02

            BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib

            09.06.2026 | 13:29

            Misirin Azərbaycandakı səfiri BDU-da

            09.06.2026 | 12:54

            BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025