BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

            BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

            ELM 8 May 2026 13:27

            BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahi şəxsiyyət və müdrik lider” mövzusunda II Respublika elmi konfransı keçirilib.

            Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov Ümummilli Lider, BDU-nun Tarix fakültəsinin dünya şöhrətli məzunu olan Heydər Əliyevin Azərbaycan tarixində mühüm rol oynamış görkəmli şəxsiyyət, onun həyat və fəaliyyətinin gənclərimiz üçün bir örnək olduğunu bildirib. Qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin ağır vəziyyətdən çıxardığı ölkəmiz Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Tam suveren, güclü iqtisadiyyatı ilə dünya dövlətləri içində öz sözünü deməyə qadir, qalib Azərbaycanın yüksəlişinin əsası Ulu Öndərin uzaqgörən siyasəti ilə qoyulub. Dekan daha sonra konfrans iştirakçılarına müxtəlif elmi-tədqiqat institutları və ali təhsil müəssisələrindən konfransa daxil olan tezislər barədə məlumat verib.

            BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov qeyd edib ki, Ulu Öndərin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri milli qürur hissinin gücləndirilməsi və milli şüurun inkişafına təkan verilməsi olub. Akademik bildirib ki, 1970-ci illər Azərbaycanın quruculuq tarixində xüsusi mərhələ təşkil edir və ölkənin dövlət suverenliyi, beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi, dünya iqtisadiyyatına inteqrasiyası həmin dövrdə formalaşdırılmış iqtisadi potensiala əsaslanır.

            BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov çıxışında Azərbaycan tarixinin Heydər Əliyev konsepsiyasına toxunaraq bildirib ki, dövlətçilik ənənələrinin bərpası və zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin dinamik inkişaf yoluna çıxması və beynəlxalq nüfuzunun artması məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində mümkün olub. O vurğulayıb ki, Ulu Öndər müdrik rəhbərliyi, siyasi qətiyyəti və əzmkarlığı ilə müasir dövrün görkəmli siyasi xadimlərindən biri kimi tarixə düşüb və Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib.

            Milli Məclisin üzvü, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Naqif Həmzəyev çıxışında Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə həyata keçirilən islahatların tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gələn Ulu Öndər keçmiş İttifaqın xammal bazasına çevrilmiş respublika üçün yeni inkişaf strategiyası müəyyənləşdirərək qısa müddətdə mühüm nəticələr əldə edib. Onun sözlərinə görə, 1969–1982-ci illərdə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı və əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artıb. Təhsil, elm və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə olunub, formalaşmış sosial-iqtisadi və intellektual potensial isə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm zəmin yaradıb.

            Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimova çıxışında bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyin ilk illərindəki xaos və anarxiyadan xilas olaraq inkişaf və sabitlik yoluna qədəm qoyub. Professor qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması ölkədə siyasi sabitliyin möhkəmlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə ciddi təkan verib. Dünyanın aparıcı şirkətləri ilə bağlanan müqavilələrin Azərbaycanın həm siyasi təhlükəsizliyinin təmin edilməsinə, həm də iqtisadi tərəqqisinə xidmət etdiyini vurğulayan natiq bildirib ki, “Şahdəniz” yatağının kəşfi və qaz layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq enerji bazarında mövqelərini daha da gücləndirib. O qeyd edib ki, bu gün Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq enerji layihələri ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avroatlantik məkanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib.

            Konfrans işini plenar iclas və 6 bölmə iclası ilə davam etdirib.

            BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
            BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
            BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
            BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
            ELM SOSİAL

            Son XƏBƏRLƏR

            10.06.2026 | 11:34

            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

            10.06.2026 | 10:41

            BDU-nun dosenti Tariel Abbasov vəfat edib

            09.06.2026 | 15:02

            BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib

            09.06.2026 | 13:29

            Misirin Azərbaycandakı səfiri BDU-da

            09.06.2026 | 12:54

            BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025