BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

            26 May 2022 19:03

            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

            Bakı Dövlət Universitetində (BDU) I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub.

            Tədbir Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM  və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçirilir.

            Açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Cəngi” rəqsi ifa olunub. Daha sonra Şuşa şəhərinin 270 illiyi və “Şuşa ili”  ilə əlaqədar havaya içərisində şeirlər olan rəngli şarlar buraxılıb.

            Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev festival iştirakçılarını Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı və məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universitetində görməkdən şad olduğunu bildirib. Rektor qeyd edib ki, BDU yarandığı gündən indiyə kimi bir çox tarixi hadisələrə şahidlik edib. I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı da həmin tarixi günlərin sırasında xüsusi yer tutacaq: “Əminəm ki, festival türk dünyasının sarsılmaz birliyinə, xüsusilə eyni mədəniyyətə, tarixə malik olan qardaş Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfə verəcək”.

            Rektor festivalın təşkilində müstəsna rol oynayan və tədbirə qatılan qardaş türk dövlətlərindən gələn qonaqlara xüsusi minnətdarlıq edib: “Çox məmnunuq ki, Azərbaycanla türk dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətləri günbəgün inkişaf edir. Burada mən xüsusilə Türkiyədən gələn qonaqları vurğulamaq istəyirəm. Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər özünün ən yüksək səviyyəsinə çatıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı Azərbaycanla Türkiyənin dost və qardaş münasibətlərinin strateji inkişafının yol xəritəsidir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə ən yüksək səviyyədə davam etməkdədir. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında oldu, savaşın ilk anlarından ölkəmizə ən yüksək səviyyədə mənəvi-siyasi dəstəyini ifadə etdi. Məhz bu tarixi qələbənin nəticəsində bugünkü festivala Azərbaycanın qalib ölkə kimi ev sahibliyi etməsi çox qürurvericidir. Bu gün bu möhtəşəm festivalla eyni vaxtda TEXNOFEST keçirilir. Bu möhtəşəm elm, texnika festivalı da qardaş ölkələrimizin dostluğunun, birliyinin daha bir parlaq nümunəsidir”.

            Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxışında Azərbaycan və Türkiyənin həm silahının, həm sözünün güclü olduğunu qeyd edib, bütün dünyaya barış, sülh arzulayıb: “Hər xalq öz doğma torpağında əkib-becərsin, mahnılar yazsın, kitablar oxusun, belə kitab bayramlarını ürək açıqlığı ilə qeyd edə bilsin”.

            Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Aqil Abbas, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY-un Baş katibinin köməkçisi Bilal Çakıcı çıxışlarında I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğulayıblar.

            Qeyd edək ki, mayın 26-dan 28-dək keçirilən festivala türk dövlətlərinin tanınmış alimləri, qələm adamları qatılıb. Tədbirin birinci günü “Şuşa Günü”, ikinci günü “Türk Dünyası Günü”, üçüncü günü isə “Dədə Qorqud Günü” adlandırılıb. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək. Festival türk dünyasının böyük mütəfəkkirləri Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Firaki, Tüğölbay Sıdıkbekov və Abay Kunanbayevin xatirələrinə həsr edilib. Festivalda türk dövlətlərinin alimləri həmin ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əhməd Cavad, Xurşudbanu Natəvan, Hüseyn Cavid, Əhməd Baydursunlu, Mirzə Fətəli Axundzadə, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.

            Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub. Tədbirin sonuncu günü, mayın 28-də festivalın təntənəli mükafatlandırma mərasimi təşkil olunacaq.

            Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı gələn il Türkiyədə təşkil ediləcək.

            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
            BDU-da I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025