BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş

            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş

            SOSİAL 31 Oktyabr 2025 14:43

            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Vətən müharibəsində tarixi Zəfərin beş illiyinə həsr olunmuş “Zəfər carçıları” adlı tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev fakültənin məzunlarının 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, onların Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmaqlarından söz açıb. Bildirib ki, şanlı Zəfərin beş illiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində qeyd olunur: “30 ildən artıq işğal altında qalmış torpaqlarımızın azad edilməsi dövlət başçısının qətiyyətli siyasəti, xalqımızın birliyi, Ordumuzun igidliyi nəticəsində mümkün olub. Bu Zəfərin təməli hüquqi, demokratik, müstəqil və güclü Azərbaycan dövləti yaratmaqla Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Vətən müharibəsi qəhrəmanlarının adları daim hörmət və ehtiramla anılır”.

            Fakültə dekanı Qarabağda aparılan quruculuq və bərpa işlərində, o cümlədən dini və mədəni abidələrin bərpasında  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.

            Tədbirdə Hüquq fakültəsinin məzunları olan Vətən müharibəsi iştirakçıları — Yusifkamal Paşabəyli, Rauf Əzimov,  Gümrah Məmmədov, Şamo İsmayılbəyli, Tərlan Həmidov, Fuad Qəşəmzadə, Ceyhun İsmayıllı, Şəfi Rüstəmbəyli, eləcə də müharibədə şəhid olmuş Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevin qardaşı Kamal Şalıyev iştirak ediblər. Müharibə iştirakçıları çıxışlarında döyüş yolu və cəbhə xatirələri haqqında danışıb, əsgər və zabitlərin fədakarlığından, xalqımızın birliyindən, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandıqları qələbəni və bu yolda aparılan mübarizəni böyük fəxarət hissi ilə vurğulayıblar.

            Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Cabir Quliyev çıxışında Vətən müharibəsində iştirak etmiş Hüquq fakültəsinin tələbə və məzunlarının qəhrəmanlığının tələbələr üçün örnək olduğunu diqqətə çatdırıb.

            Tədbirdə Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları göstərdikləri igidliyə görə təşəkkürnamələrlə təltif olunublar.

            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş
            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş
            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş
            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş
            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş
            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş
            BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025