BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində millət vəkili Elman Məmmədovla görüş

            BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində millət vəkili Elman Məmmədovla görüş

            SOSİAL 19 Fevral 2026 16:24

            BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində millət vəkili Elman Məmmədovla görüş

            Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədovla görüş keçirilib.

            BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, “Heydər Əliyev mühazirələri” gənclərin dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Bu mühazirələr Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və müasir müstəqil dövlət quruculuğu konsepsiyasının elmi əsaslarla təbliğini təmin edir. Mühazirələr Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətini, ölkəmizin müasir inkişaf strategiyasının siyasi-ideoloji dayaqlarını dərindən anlamağa imkan yaradır.

            YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin hər zaman qürur hissi ilə xatırlanacağını deyib. Qeyd edib ki, Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir: “Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun siyasi xəttini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib”.

            Daha sonra məruzə ilə çıxış edən Elman Məmmədov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın inkişaf strategiyasının müəllifi olduğunu deyib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 1969–1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. 1993-2003-cü illər Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin  bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb.  2003-cü ildən başlayaraq isə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi qələbələr, uğurlarla Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada öz layiqli yerini tutub.

            Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

            BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində millət vəkili Elman Məmmədovla görüş
            BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində millət vəkili Elman Məmmədovla görüş
            BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində millət vəkili Elman Məmmədovla görüş
            BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində millət vəkili Elman Məmmədovla görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.02.2026 | 19:41

            BDU-da “Sufi fenomenologiya: dövrümüzün yeni fəlsəfi sistemi” mövzusunda ustad dərsi

            19.02.2026 | 19:30

            BDU-nun Tarix fakültəsinin tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            19.02.2026 | 13:14

            BDU Kamerunun Kesmonds Beynəlxalq Universiteti ilə əməkdaşlığa başlayır

            19.02.2026 | 13:13

            BDU-da “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar

            19.02.2026 | 12:25

            BDU-nun 2 tələbəsi “AzerGold”un 5-ci təqaüd proqramının qalibidir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025