BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Gədəbəy qızıl yataqlarının yerləşmə qanunauyğunluqlarına dair ustad dərsi keçirilib

            BDU-da Gədəbəy qızıl yataqlarının yerləşmə qanunauyğunluqlarına dair ustad dərsi keçirilib

            16 May 2022 13:39

            BDU-da Gədəbəy qızıl yataqlarının yerləşmə qanunauyğunluqlarına dair ustad dərsi keçirilib

            Bakı Dövlət Universitetinin Geologiya fakültəsində  “Azerbaijan İnternational Mining Company Limited” şirkətinin Geoloji-kəşfiyyat şöbəsinin müdiri, yer elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyevin iştirakı ilə “Gədəbəy filiz rayonunun qızıl yataqlarının yerləşmə qanunauyğunluqları, əmələgəlmə şəraiti və perspektivliyi” mövzusunda ustad dərsi keçirilib.   
            İclası giriş sözü ilə açan fakültə dekanı Mamoy Mansurov bildirib ki, son dövrlər Universitetdə elmi tədbirlərin keçirilməsi intensiv xarakter alıb. Geologiya fakültəsində də mütəmadi olaraq elmi-praktiki konfrans, seminar və ustad dərslər keçirilir. Bu tədbirlərin keçirilməsi və elmi nəticələrin müzakirə olunması tələbələrin gələcək elmi fəaliyyətlərini stimullaşdıran vacib amillərdən biridir.
            Məruzəçi Anar Vəliyev  “Azerbaijan İnternational Mining Company Limited” şirkətinin Gədəbəy filiz yatağında fəaliyyət planı haqqında məlumat verib. Qeyd edib ki, şirkətin əsas məqsədi sənaye əhəmiyyətli yeni qızıl, gümüş və mis yataqların aşkarlanması, istismara verilməsidir. Bununla yanaşı, Gədəbəy yatağınıın cinahlarının və dərin horizontlarının perspektivliliyinin qiymətləndirilməsi, rayonda digər filiz yataqlarının müasir geoloji-geokimyəvi üsullarla öyrənilməsi hələ də aktual olaraq qalır.  
            Məruzəçi son illərdə aparılan uğurlu geoloji-kəşfiyyat işləri nəticəsində filiz rayonunda Gədəbəy qızıl-mis yatağı ilə yanaşı, “Qədir”, “Uğur”, “Ümid” və “Zəfər” yataqlarının kəşf olunması, onların geoloji xüsusiyyətləri, mineral ehtiyatları haqqında müfəssəl məlumat verib.  
            Fakültə dekanı Mamoy Mansurov, professorlar Sokrat İsayev, Bahadır Qələndərov, Nazim İmamverdiyev, aparıcı elmi işçi Robert Mobili mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirmişlər.   
            Seminarın yekununda təqdim olunan məruzənin elmi-praktiki əhəmiyyəti vurğulanıb.

            BDU-da Gədəbəy qızıl yataqlarının yerləşmə qanunauyğunluqlarına dair ustad dərsi keçirilib
            BDU-da Gədəbəy qızıl yataqlarının yerləşmə qanunauyğunluqlarına dair ustad dərsi keçirilib
            BDU-da Gədəbəy qızıl yataqlarının yerləşmə qanunauyğunluqlarına dair ustad dərsi keçirilib
            BDU-da Gədəbəy qızıl yataqlarının yerləşmə qanunauyğunluqlarına dair ustad dərsi keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025